Kiçik Sahibkarların ABAD-la əməkdaşlıq qurulmasına Dəstək” adlı Konfrans keçiriləcəkdir.
Hörmətli sahibkarlar!
Məlumat üçün bildiririk ki, Azərbaycan Qadın Sahibkarlarının Assosiasiyası (AWEA) və Azərbaycan İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə 26 dekabr 2017-ci il tarixində saat 09:30-dan 11:00-a qədər BAKI BİZNES MƏRKƏZİNDƏ “Kiçik Sahibkarların ABAD-la əməkdaşlıq qurulmasına Dəstək” adlı Konfrans keçiriləcəkdir.
Tədbirdə kiçik sahibkarlıqla məşğul olan sahibkarlar – öz ailə, yaxud fərdi bizneslərini inkişaf etdirmək üçün ABAD proqramının texniki dəstək imkanlarından yararlanmaq və ətraflı məlumat əldə etməklə yanaşı, onları maraqlandıran suallarla bağlı ABAD nümayəndələrinə müraciət edə biləcəklər.
Sizi sözügedən konfransda iştirak etməyə dəvət edirik.
Tədbirdə iştirak edəcəyiniz təqdirdə, Azərbaycan Sahibkarlar Konfederasiyasına (ASK) məlumat verməniz mütləqdir.
Əlaqələndirici şəxs: Nurlana Həsənova
Tel: 012 465 72 42/43
E-mail: nhasanova@ask.org.az