Bakıda HR Forum keçiriləcək
Azərbaycan insan resursları peşəkarları ilə insan resurslarının idarə olunması sahəsində qabaqcıl Azərbaycan təcrübələrini bölüşmək, təcrübə mübadiləsi aparmaq və bu sahədə Azərbaycan modelinin yaradılması na təkan vermək məqsədi ilə 15 Sentyabr 2018-ci il tarixində HR Forum keçiriləcək.
Azərbaycan İnsan Resursları Cəmiyyəti (HRS), ADA Universiteti, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycandakı Amerika Ticarət Palatası (AMCHAM), Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) birgə təşkil etdiyi «İnsan resurslarının idarə edilməsi sahəsində qabaqcıl Azərbaycan təcrübələri» Forumu HR menecerlər, HR mütəxəssislər, HR sahəsində ixtisaslaşmaq istəyənlər, HR sahəsində fəaliyyət hb göstərən tədqiqatçılar, təlimçilər və məsləhətçilər üçün nəzərdə tutulmuşdur. Daha ətraflı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün linkdən istifadə edə bilərsiniz.
GÜNDƏLİK |
09:30 – 10:00 | Qarşılama və qeydiyyat. Sponsor şirkətlərin sərgisi. |
10:00 – 10:15 | Açılış nitqi 1. Cavanşir Abdullayev, Azərbaycan İnsan Resursları Cəmiyyətinin Sədri 2. Məmməd Musayev, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti 3. Nuran Kərimov, AMCHAM, Prezident 4. ADA Universitetinin prorektoru Fariz İsmayılzadə 5. Baş sponsor |
1-ci Panel: | Biznes partnyorluqda HR-ın rolu və ehtiyat kadr potensialının yaradılması Moderator: Cavanşir Abdullayev, Azərbaycan İnsan Resursları Cəmiyyətinin Sədri |
10:15 – 10:30 | Mövzu 1: HR-lardan və yeni işçilərdən gözləntilər. Məruzəçi: Gülnar Həsənova, Gilan Holdinq, Pərakəndə Portfelin Baş Icraçı Direktoru |
10:30 – 10:45 | Mövzu 2: HR biznes partnyor kimi Məruzəçi: Elnarə Məmmədova, BP Azərbaycan şirkəti, Əməliyyatlar şöbəsinin müdiri, AMCHAM, HR Komitəsinin sədri |
10:45 – 11:00 | Mövzu 3: Ehtiyat kadr və talantların idarə edilməsi Məruzəçi: Cəlal Eynullayev, Azərsun Akademiyasının direktoru |
11:00 – 11:15 | Mövzu 4: Yüksək nəticəli komandanın yaradılması Məruzəçi: Allahverdi Bağırov, Gilan Holdinq, HR menecer |
11:15 – 11:45 | Sual-cavab |
11:45 – 12:15 | Çay-qəhvə fasiləsi |
2-ci Panel: | Korporativ dəyərlərə sadiq komanda formalaşması Moderator: Cavanşir Abdullayev, Azərbaycan İnsan Resursları Cəmiyyətinin Sədri |
12:15 – 12:30 | Mövzu 1: Daha Yaxşısı üçün Birlikdə – Davranış Məcəlləsi, korporativ Dəyərlər və Mədəniyyət Məruzəçi: Mətanət Babayeva, Azərfon LLC, HR direktor |
12:30 – 12:45 | Mövzu 2: Uyğunlaşma və adaptasiya Məruzəçi: Həlimə Qəmərlinskaya, İnsan resursları və stress menecment üzrə ekspert |
12:45 – 13:00 | Mövzu 3: Motivasiya, onun strategiya və risk iştahasına uyğunluğu Məruzəçi: Fəzilə Əskərova, Swift Engineering şirkətində Biznes Xidmətləri üzrə Əməliyyat Meneceri |
13:00 – 13:15 | Mövzu 4: KPİ və Performans qiymətləndirmə Məruzəçi: Cavanşir Abdullayev, Azərbaycan İnsan Resursları Cəmiyyətinin Sədri |
13:15 – 13:45 | Sual-cavab |
13:45 – 14:00 | Bağlanış |
14:00 – 15:00 | Nahar |
QEYDİYYAT |
Foruma yazılmaq üçün aşağıdakı Qeydiyyat Formasını doldurmağınız xahiş olunur: |
Qeydiyyatınız təsdiq olunandan sonra iştirak haqqının ödənilməsi ilə bağlı məlumat ünvanınıza göndəriləcək. |
Forumun gündəliyi, qeydiyyat və sponsorluqla bağlı suallarınız üçün əlaqəli şəxs: |
Afaq Abdullayeva ABTC, Müştəri Əlaqələri Meneceri Tel.: (+994-12) 4970710 / 11 / 12 (111) Mob: (+994-50) 3339450 E-mail: Afag.Abdullayeva@abtc.az |