skip to Main Content

Vladimir vilayətindən olan sahibkarlarla ASK-da görüş keçirilib

Vladimir Vilayətindən Olan Sahibkarlarla ASK-da Görüş Keçirilib

Rusiyanın Vladimir regionunun sahibkarlarından ibarət nümayəndə heyəti ASK-da işgüzar görüş keçiriblər.
Görüşdə ASK-nın Baş katib əvəzi Kristina Məmmədova, Baş katibin müavini Fuad Hümbətov, Beynəlxalq əlaqələr və biznesin inkişafı şöbəsinin müdiri Arif Nəcimov və Dövlət orqanları, sahibkarlar və nümayəndəliklərlə iş şöbəsinin aparıcı mütəxəssisi Nurlana Həsənova iştirak edib. ASK-nın rəhbərliyi adından qonaqları və sahibkarları salamlayan Kristina Məmmədova, ASK-nın fəaliyyəti barədə ətraflı məlumat vermiş, ölkəmizdə və xaricdə fəaliyyət göstərən sahibkarlar üçün ASK həmişə öz imkanları çərçivəsində dəstək olmağa hazır olduğunu vurğulamışdır.

Vladimir vilayətinin ixraca dəstək mərkəzinin direktoru xanım Lyubov Piskunovanın rəhbərlik etdiyi nümayəndə heyətinə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar və şirkət rəhbərləri daxildir. Görüşdə “Vladimir Steklo” MMC, “BioXimFarm” MMC, “Modul” MMC, “Adqeziv” MMC, “Evis Hand Made” MMC şirkət rəhbərləri və digər sahələri (qida, ağac emalı, şüşə istehsalı və maşınqayırama sənayesini) təmsil edən sahibkarlar da öz fəaliyyətləri barədə kiçik şifahi təqdimatlar etmiş və gələcəkdə Azərbaycanın sahibkarları ilə əməkdaşlığın təşkilati işlərində ASK-nın dəstəyini gözlədiklərini bildirmişdirlər.

Nümayəndə heyəti adından xanım Lyubov Piskunova ASK ilə Vladimir regionunun ixraca dəstək mərkəzi arasında əməkdaşlıq memorandumunun imzalanmasını da təklif etmişdir ki, bu da həm iki təşkilat arasında əməkdaşlığın gücləndirilməsinə, həm də sahibkarlar üçün yeni imkanların yaradılmasına təkan verəcəkdir.
Görüş müxtəlif sualların cavablandırılması və yeni əməkdaşlıqların qurulması mexanizmləri barədə müzakirələr ilə yekunlaşmışdır.

Back To Top