Məmməd Musayev yenidən Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi Şurasının sədr müavini vəzifəsinə seçilib
Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresinin Şurasının üzvləri arasında qiyabi səsvermə keçirilib. Sesvermə nəticəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi (SSBK) Şurası sədrinin müavini vəzifəsinə yenidən seçilib. Məmməd Musayev sayca dördüncü dəfədir bu vəzifəyə yenidən seçilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası 2001-ci ildən etibarən SSBK-də təmsil olunur.