“Elmi xəbərlər” jurnalı sizləri əməkdaşlığa dəvət edir
Hörmətli sahibkarlar,
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Texnologiya Universitetinin Elmi Xəbərlər jurnalı “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”nın texnika, biologiya və aqrar elmlər bölməsinə daxil edilmişdir.
Azərbaycan Texnologiya Universitetinin təsis etdiyi “Elmi xəbərlər” jurnalı bir çox beynəlxalq indekslərdə yerləşdirilmişdir. Bu jurnalın beynəlxalq aləmdə statusu və tanınması, jurnalda çap olunan tədqiqat işlərinin daha geniş kütləyə çatdırılmasına imkan yaradır. Bazanın qiymətləndirilməsi tədqiqatın effektivliyi, nəşrin və tədqiqatçının fəallığının müəyyənləşdirilməsi ilə həyata keçirilir. Jurnalın beynəlxalq aləmdə tanınması yolunda ciddi addımlar atılmış və jurnalın 10 beynəlxalq indeksdə (International Scientific Indexing (ISI), International Institute of Organized Research (I2OR), Journal factor, Cite factor, Academic Scientific Journals, Scientific Indexing Services, Cosmos Foundation, JIFactor, Academik resource Index – ResearchBib, AcademicKeys) yerləşdirilməsinə nail olunmuşdur.
Jurnal xüsusi olaraq Azərbaycan alimlərinin tədqiqatlarını dünya elmi ictimayyətinə çatdırmaq üçün 1,8 milyon istifadəçisi olan Rusiya E-Library.ru elektron kitabxanasının və Beynəlxalq informasiya sistemi AQRİS üzvüdür.
Jurnal haqqında bütün məlumatlar daha ətraflı Azərbaycan Texnologiya Universitetinin veb saytında journal.uteca.edu.az ünvanında yerləşdirilmişdir.
Sizləri jurnalla əməkdaşlığa dəvət edirik.
Məqalələr www.uteca.edu.az ünvanına göndərilə bilər.