skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

“Made in Uzbekistan” Sənaye Məhsullarının Beynəlxalq İxrac Sərgisi və Yarmarkası

Noyabr 27, 2018 - Noyabr 30, 2018

Özbəkistan Respublikasının Ticarət Nazirliyinin təşkilatçılığı və Özbəkistanın Ticarət Palatasının, NEC “UzExpoCentre” və  Qaraqalpaqıstan Respublikasının Nazirlər Şurası, regional dövlət müəssisələrinin birgə təşkilatçılığı ilə 27-30 noyabr 2018-ci il tarixində NEC “UzExpocentre”-də (Daşkənd, Özbəkistan)  “Made in Uzbekistan” Sənaye Məhsullarının Beynəlxalq İxrac Sərgisi və Yarmarkası keçiriləcəkdir.

Sərginin əsas məqsədi: yerli müəssisələrin ixracat yönümlü sənaye məhsullarının nümayişi, ölkənin ixrac potensialının artırılması, habelə xarici tərəfdaşlarla davamlı və uzunmüddətli əməkdaşlığın qurulması.

Sərgi iştirakçıları: Tekstil, dəri, ayaqqabı, xalça, təzə, qurudulmuş, emal edilmiş meyvə və tərəvəz, elektrik avadanlıqları, kabel məhsulları, avtomobillər, kənd təsərrüfatı texnikası, metallurgiya, neft-kimya və s. sahələri üzrə 150-dən çox yerli şirkətlər.

Sərgidə iştirak edəcək əsas yerli şirkətlər:

“Uzavtosanoat”, “Uzagrotexsanoatholding”, “Uzbekneftegaz”, “Uzkimyosanoat” State Enterprise “NGMK” , “AGMK”, “Uzmetkombinat”, “Uzeltehsanoat”, “Uzstroymaterialy”, “UzSharobsanoat”, “Uztextileprom” Association, “Uzcharmsanoat” Association, “NPO Elxolding”, “Artel Engineering and Management”, “Uzkabel”, “NeogalenPharm”, “Gold Dried Fruits”, “Ariya Teks”, “Gold Home Tex”.

Özbəkistanın əsas xarici ticarət tərəfdaşları olan Aİ, Çin, Rusiya, Ukrayna, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Əfqanıstan, Azərbaycan Respublikasından olan nümayəndələr də sərgidə iştirak edəcəklər.

Sektorlar:

  • Mədən sənayesi;
  • Neft və qaz sektoru;
  • Kimya sənayesi;
  • Əczaçılıq;
  • Avtomatika və mühəndislik sektoru;
  • Elektrotexniki sənaye;
  • Tikinti materialları;
  • Tekstil və dəri-ayaqqabı sənayesi;
  • Kənd təsərrüfatı və qida sənayesi;
  • Turizm;
  • Maliyyə institutları;
  • İncəsənət və sənətkarlıq.

Sərgi çərçivəsində aşağıdakı tədbirlər həyata keçiriləcəkdir:

  • Sənaye sektorunun inkişafı üzrə tematik konfranslar;
  • Milli iqtisadiyyatın sənaye sektorlarının ixrac potensialının təqdimatı;
  • Biznes tərəfdaşları arasında dəyirmi masa müzakirələri və danışıqlar;
  • Özbəkistan Ticarət Birjasının sərgi auksionlarında yerli malların sərgilənməsi;
  • Dünyanın hər yerindən ticarət nümayəndələri ilə görüş;
  • Uzunmüddətli ixrac müqavilələri;
  • Yeni bazarlara daxil olma;
  • imzalanmış müqavilələrin qeydiyyatı;
  • Biznes və kommunikasiya şəbəkəsinin inkişafı;
  • Ticarət müqavilələrinin imzalanması üçün əlverişli ticarət platforması;
  • Xarici şirkətlərlə danışıqlar aparmaq.

ƏLAQƏ:

Istiqlol küçəsi 51,

100047 Daşkənd, Özbəkistan

Tel: +99871-238-50-60,62,63

Email:     marketing@mft.uz     /    info@mft.uz

Vebsayt: www.mft.uz

Details

Start:
Noyabr 27, 2018
End:
Noyabr 30, 2018
Tədbir Category:
Back To Top