- This event has passed.
“Müasir iqtisadi inkişaf kontekstində Azərbaycanda idarəçilik” mövzusunda təlim
Yanvar 22, 2019 / 10:00 səhər - 1:00 axşam UTC+4
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yanvarın 22-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) ixracatçı sahibkarlar üçün “Müasir iqtisadi inkişaf kontekstində Azərbaycanda idarəçilik” mövzusunda təlim keçiriləcək.
Tədbir çərçivəsində aşağıdakı tezislər əsasında idarəçilər və sahibkarlar maarifləndiriləcək.
– Müasir dövrdə idarəçilik problemləri,
– İdarəetmə sisteminin qurulması,
– İdarəetmədə strateji baxışlar və onların əsas fəaliyyəti istiqamətləri,
– Şirkət sahiblərinin əsas funksiyaları,
– Nüfuzlu şirkətlərdə baş verən hadisələr və nümunələr .
Tədbir çərçivəsində peşəkar idarəçi Fahri Agayev öz təcrübələrini bölüşəcəkdir. Fəxri Ağayev peşəkar idarəçi və biznes konsultant, uzun müddət yerli və xarici şirkətlərdə rəhbər vəzifələrdə işləmiş, Azərbaycan işadamları və sahibkarları klubunun qurucusudur.
“Müasir iqtisadi inkişaf kontekstində Azərbaycanda idarəçilik” mövzusunda tədbir 22 yanvar 2019-cu il İİTKM-in inzibati binasında (Ünvan: Bakı ş, Yasamal r, L.Landau küçəsi 16) təşkil olunacaq.
Tədbirdə iştirak etmək istəyən şəxslər http://iqtisadiislahat.org/registration/ link vasitəsilə qeydiyyatdan keçə bilər.
Ətraflı: http://training.ereforms.org/