skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masa təşkil olunacaq

Fevral 14, 2019 / 9:30 səhər - 5:00 axşam UTC+4

Hörmətli sahibkarlar!

Sizi Avropa Birliyinin dəstəyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə 14 fevral 2019-cu il tarixində, saat 09:30-da “JW Marriot Absheron” hotelində keçiriləcək “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin müzakirəsinə həsr olunmuş  dəyirmi masaya dəvət edirik.

Avropa Birliyi tərəfindən maliyyələşdirilən “Qida və yem təhlükəsizliyinə rəsmi nəzarət sahəsində Azərbaycan Hökumətinin institusional bacarıqlarının gücləndirilməsi” texniki yardım layihəsinin dəstəyi ilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli 1235 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi hazırlanmışdır.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən vətəndaşların dövlətin idarə edilməsində iştirak və qanunvericilik təşəbbüsü hüquqlarının həyata keçirilməsi məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanları tərəfindən hazırlanan hüquqi aktların layihələrinə dair ictimai müzakirələr və dinləmələr təşkil olunur.

Tədbirin təşkilində əsas məqsəd sözügedən Qanun layihəsində əksini tapmış yanaşma və prinsiplərlə bağlı sahibkarları məlumatlandırmaq, habelə qanunun icra mexanizmləri barəsində birgə müzakirələr aparmaqdır.

Diqqətinizə çatdırırıq ki, müzakirələr zamanı bildirilən rəy və təkliflər layihənin yekun variantı hazırlanarkən nəzərdən keçiriləcəkdir.

Müzakirəsi nəzərdə tutulan Qanun layihəsi ilə buradan tanış ola bilərsiniz.

“Qida təhlükəsizliyihaqqında” Azərbaycan Respublikası Qanununun layihəsi barədə rəy və təkliflərinizi isə tədbir gününə qədər əlaqələndirici şəxs vasitəsi ilə ASK-ya təqdim etməyiniz xahiş olunur.

Tədbirdə iştirak üçün son müraciət tarixi: 12.02.2019

Əlaqələndirici  şəxs: Nurlana  Həsənova

Tel: (012) 465 72 42 (daxili: 112)

E-mail: nhasanova@ask.org.az

Details

Tarix:
Fevral 14, 2019
Time:
9:30 səhər - 5:00 axşam
Tədbir Category:
Back To Top