«Peşə təhsilinə dəstək» layihəsinin II-ci mərhələsinin məqsəd və fəaliyyətləri” mövzusunda seminar keçirilib
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası “Bildungswerk der Wirtschaft Mecklenburg Vorpommern e.V.” gGmbH ilə birgə 3 il müddətində icra olunması nəzərdə tutulan Cənubi Qafqazda “Peşə təhsilinə dəstək” layihəsini həyata keçirir. Cari ildə layihənin növbəti 2019-2021-ci illər üçün II-ci mərhələsi başlamışdır. Layıhəyə Azərbaycanın daha iki regionu – Gəncə və Lənkaran – əlavə olunub.
02 aprel 2019-cu il tarixdə Azərbaycan Sahibkarlar Konfederasiyası, layihədə fəal iştirak edən Bakı, Xaşmaz, Gəncə və Lənkəran şəhərlərinin Peşə təhsili müəssisələrinin rəhbərləri və layihə ekspertləri üçün “Cənubi Qafqazda «Peşə təhsilinə dəstək» layihəsinin II-ci mərhələsinin məqsəd və fəaliyyətləri” mövzusunda seminar keçirib. Tədbirdə ASK-nın vitse-prezidenti Vüqar Zeynalov, baş katib əvəzi Kristina Məmmədova, Peşə təhsili üzrə Dövlər Agentliyinin şöbə müdiri Zamin Bədirxanov, layihənin ekspertləri Sədaqət Qəmbərova və İlqar Əsədov çıxış etmişdilər.