skip to Main Content

ASK ilə Asiya İnkişaf Bankı əməkdaşlığı müzakirə etdi

ASK Ilə Asiya İnkişaf Bankı əməkdaşlığı Müzakirə Etdi

Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndə heyəti Asiya İnkişaf Bankının  Azərbaycandakı Daimi Nümayəndəliyində görüş keçirib.

Görüşü açan Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev konfederasiya haqqında məlumat verərək, əməkdaşlıq perspektivlərinə toxundu. Asiya İnkişaf Bankının  maliyyə resurslarına sahibkarların çıxış imkanları barədə məsələyə toxunan M.Musayev əlçatanlığı yüksəltmək məqəsdilə qarşılıqlı işbirliyinin səmərəli olacağını qeyd etdi.

Regionda fəaliyyət göstərən sahibkarların aparılan islahatlar və maliyyə resursları barədə daha çox məlumatlandırılmasının vacibliyinə toxunan ASK prezidenti bu sahədə Asiya İnkişaf Bankının proqramları ilə maraqlandı.

Asiya İnkişaf Bankının nümayəndəsi Aziz Haydarov Azərbaycanda biznes mühitin diaqnostikası baxımından Konfederasiya ilə əməkdaşlığa toxunaraq, istiqamətlərin seçilməsində göstərdiyi köməyə görə təşəkkürünü bildirdi.

A.Haydarov qeyd etdi ki, Asiya Bankı iki istiqamətdə ölkəmizdə işlərini qurub: dövlət sektoru və infrastruktur layihələrinə dəstək verir.

Eyni zamanda özəl sektora investisiya qoyuluşu sahəsində çalışır. “Biz hazırda sektorlar üzrə məlumatların toplanması mərhələsindəyik. Bir neçə şirkət seçib onlarla işləmək istərdik. ASK kanalları ilə bu sahibkarları tapsaq, əla olar”.

Back To Top