skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

“Əmək münasibətləri zamanı vergi və məcburi dövlət sosial sığorta məqsədləri üçün əməliyyatların tənzimlənməsi” mövzusunda təlim keçiriləcək

İyul 12, 2019 / 10:00 səhər - 1:00 axşam UTC+4

Hörmətli sahibkarlar!

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı və SM Consulting MMC – nin əməkdaşlığı ilə 12.07.2019 tarixində saat 10:00 – 13:00 arası “Əmək münasibətləri zamanı vergi və məcburi dövlət sosial sığorta məqsədləri üçün əməliyyatların tənzimlənməsi” mövzusunda təlim baş tutacaqdır.

Prioritet təlim mövzuları aşağıdakılardır:

1) Miminum əmək haqqının artmasının DSMF ödənişlərinə təsiri,

2) DSMF hesabatlılığının düzgün tərtib olunması,

3) DSMF-də differensiasiyalı ödəniş qaydaları,

4) M.d.s.s.h zamanı vergitutma obyektinin müəyyən edilməsi,

5) M.d.s.s.h zamanı azad olmaların düzgün tətbiqi

Təlimçi haqqında məlumat:   Emin Səttərov / SM Consulting MMV-nin direktoru

9 ildən artıq iş təcrübəsinə dayanaraq vergi uçotu üzrə Azərbaycanda ən tanınmış təlimçilərdən biridir. Peşəkar karyerası zamanı PwC Azərbaycan, Müdafiə Sənayesi Nazirliyi, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi kimi yerlərdə çalışmışdır. 7 ildən artıq təlimçi karyerasında yüzlərlə tələbə yetişdirməklə yanaşı vergi uçotu sahəsində dərin bilikləri, zəngin iş təcrübəsi, eləcə də sadə izah etmə bacarığı ilə tələbələrin rəğbətini qazanmışdır. O, SOCAR, KPMG Azerbaijan, Oxfam, DəmirBank, Alten Group MMC, Benkons, ADA Universiteti və s kimi böyük nə nüfüzlu şirkətlərin əməkdaşlarına vergi təlimlərini tədris etmişdir.

ASK üzvləri üçün ödəniş haqqı:                30 AZNTəlimdə iştirak qaydaları:

Qeyri üzvlər üçün:                                       50 AZN

Ödənişi təsdiq edən sənəd ən gec təlim günü təqdim olunmalıdır!

Təlimdə iştirak etmək üçün https://sahibkarliq.typeform.com/to/N3lDlW linkdən qeydiyyatdan keçmək lazımdır.

Təlimdə iştirakı təsdiq edən sertifikat təqdim olunacaqdır.

Ödəniş üçün aşağıda qeyd olunan bank rekvizitləri təqdim olunur:

«Turanbank»  ASC

Kodu: 507462  

VÖEN: 1300016391

Müxbir hesab: AZ26NABZ01350100000000027944

SWIFT: TURAAZ22.

 “ASK Biznes Konsaltinq” MMC 

Hesab: AZ57TURA40060013072400100944

VÖEN: 1502413761                                                                                                                 

Əlaqələndirici şəxs:

Elmira Balıyeva

Baş mütəxəssis

Sahibkarlarla iş və kommunikasiya şöbəsi

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası

Tel:        +994 12 465 76 92 / 93 (daxili 119)

Email:    ebaliyeva@ask.org.az

Details

Tarix:
İyul 12, 2019
Time:
10:00 səhər - 1:00 axşam
Tədbir Category:
Back To Top