skip to Main Content

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Macarıstanın Ticarət və Sənaye Palatası arasında memorandum imzalanacaq

Azərbaycan Sahibkarlar Konfederasiyası Ilə Macarıstanın Ticarət Və Sənaye Palatası Arasında Memorandum Imzalanacaq

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Macarıstanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq memorandumu imzalanacaq. Memorandum oktyabrın 14-15-də Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşü, bu görüş çərçivəsində keçiriləcək beynəlxalq biznes-forumda  rəsmiləşdiriləcək.

Bu məsələlərin müzakirə edilməsi üçün Konfederasiyanın prezidenti Məmməd Musayev Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyini qəbul edib.

Zirvə görüşü və biznes foruma hazırlıqla bağlı qonaqlara məlumat verən Məmməd Musayev Macarıstan sahibkarlarını böyük bir nümayəndə heyətilə Azərbaycanda görməyə şad olacağını vurğuladı. M.Musayev bildirdi ki, İqtisadi İnkişaf Nazirliyi, “Azpromo”, Azərbaycan Sahibkarlar Konfederasiyası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi birlikdə forumun yüksək səviyyədə keçirilməsi üzərində işləyir.

Səfir Viktor Sederkenyi Macarıstanın Ticarət və Sənaye Palatasının rəhbərliyi ilə iş adamlarının Bakı forumunda təmsil olunacaqlarını söylədi. Sonra bəzi təşkilati məsələlər müzakirə edilib və səfir göstərdiyi dəstəyə görə ASK prezidentinə təşəkkürünü bildirib.

Back To Top