skip to Main Content

ASK nümayəndəsi “II Regionlararası İxracat Forumu”nda Azərbaycan iqtisadiyyatı haqqında çıxış edib

ASK Nümayəndəsi “II Regionlararası İxracat Forumu”nda Azərbaycan Iqtisadiyyatı Haqqında çıxış Edib

26-27 sentyabr 2019-cu il tarixlərində Rusiya Federasiyasının Perm şəhərində II Regionlararası Beynəlxalq İxrac Forumu təşkil olunub. Forumda Azərbaycan Sahibkarlar Konfederasiyası Baş katibinin müavini Fuad Hümbətov iştirak edib.

Tədbirdə “Rusiya məhsullarının xarici bazara çıxış perspektivləri” adlı sessiyada Perm bölgəsinin İqtisadi İnkişaf və İnvestisiya naziri Maksim Kalesnikov, Federasiyanın Udmurtiya Respublikasının Baş nazirinin birinci müavini Aleksandr Svinin və ekspertlərlə yanaşı, Fuad Hümbətov da çıxış etmişdir.

Fuad Hümbətov Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin inkişafı ilə yanaşı, bazarlar arasındakı oxşarlıq və fərqlər, Azərbaycan məhsullarının Rusiyaya, eləcə də Rusiya məhsullarının Azərbaycana ixrac perspektivləri, biznesə dəstək təşkilatlarının bu prosesdə rolundan danışıb. Onun sözlərinə görə, biznesə dəstək təşkilatı olaraq ASK, yerli rusiyalı həmkarları ilə sıx əməkdaşlıq edir, biznes missiyalar, tədbirlər və sərgilərlə Azərbaycan məhsulları Rusiyada, Rusiyanın spesifik məhsulları isə Azərbaycanda tanınır.

“Perm bölgəsində Azərbaycanın qeyri-neft sektorunu maraqlandıran kali elementindən hazırlanan gübrələr, kənd təsərrüfatı maşınqayırması yüksək inkişaf edib. Eyni zamanda, neft-kimya sənaye məhsulları kifayət qədər keyfiyyətli və ucuzdur”, deyə F.Hümbətov bildirib.

ASK-nın nümayəndəsi Rusiyalı iş adamlarının Azərbaycanda fəaliyyəti üçün əlverişli şəraitin olduğunu vurğulayaraq, ikitərəfli əlaqələrin gücləndirilməsi üçün xüsusi elektron ticarət platformasının yaradılmasını təklif edib. Məlumatların çoxluğu və mürəkkəbliyini nəzərə alaraq, xüsusi elektron ticarət platformasının yaradılması təşəbbəsi tədbir iştirakçıları tərəfindən bəyənilib.

Tədbirdən sonra neft-qaz, maşınqayırma və maşınqayırma avandanlıqlarının monitorinqi sahəsində fəaliyyət göstərən şirkətlərindən biri Azərbaycanın bu sahədə fəaliyyət göstərən şirkətləri – “Azneftmaş” və “SOCAR”la əməkdaşlıq  üçün ASK-nın dəstək göstərməsini xahiş edib.

Müzakirələrdə qeyd olunub ki, kiçik və orta sahibkarlıq sahəsində mövcud problem Azərbaycan və Rusiya iş adamları arasında ixrac yönümlü bacarıqların zəif inkişafı ilə əlaqədardır. Udmurtiya Respublikasının Baş nazirinin birinci müavini A.Svinin bildirib ki, Udmurtiyada bununla bağlı xüsusi dövlət proqramı layihəsi mövcuddur. Belə ki, burada sahibkarlar iki kateqoriyaya bölünür: ixrac perspektivləri olan və ixrac niyyətləri olan şirkətlər. Onlara xaricdən gələn ekspertlər tərəfindən 18 ay ərzində təlimlər keçirilir. Təlimdən sonra ən azı 1 müqavilənin imzalanması uğurlu nəticə kimi qiymətləndirilir.

Back To Top