skip to Main Content

ASK-nın “Turizm və xidmət üzrə iş” komissiyasının iclası keçirilib

ASK-nın “Turizm Və Xidmət üzrə Iş” Komissiyasının Iclası Keçirilib

“Dünya turizm günü” münasibətilə Azərbaycan Respublikası Sahibklarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) tərkibində fəaliyyət göstərən “Turizm və xidmət üzrə iş” komissiyasının iclası keçirilib.

Tədbirdə ASK İdarə heyətinin üzvləri, Azərbaycan Dövlət Turizm Agentliyinin, AMEA-nın, Azərbaycan Turizm və Menecment Universitetinin, Bakı Turizm Peşə Məktəbinin, Azərbaycan Turizm Agentlikləri Assosasiyasının, Azərbaycan Turizm Assosasiyasının, Azərbaycan Sağlamlıq və Termal Turzminə Dəstək Assosasiyasının, Skal Bakı Turizm Peşəkarları Assosasiyasının və ölkədə fəaliyyət göstərən aparıcı turizm şirkətlərinin, mehmanxana təsisatlarının rəhbərləri iştitak ediblər.

Komissiyanın strateji istiqamətləri, fəaliyyət planları, problemlər və dovlət-özəl-ictimai sektor münasibətləri  haqqında  geniş müzakirələr keçirilib. Daha sonra “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair” Strateji Yol Xəritəsinin icra  vəziyyəti müzakirə olunub və  Azərbaycan Sahibkarlar Konfederasiyasının  bu sahədə dövlət sturukturları ilə əməkdaşlığı da müzakirə edilib.

Azərbaycan Dövlət Agentliyinin nümayəndəsi son bir il ərzində görülmüş işlər, gələcək planlar və prespektivlər haqqında geniş məlumat verərək, birgə qarşılıqlı əməkdaşlığın vacib olduğunu vurğulayıb.

İclasda qərara alınıb ki, konkret təkliflər zərfi hazırlanaraq dövlət strukturlarına təqdim olunsun. Mütəmadi olaraq, bu istiqamətdə bölgələr də daxil olmaqla, görüşlər keçirilsin. Eyni zamanda “Turizm haqqında” qanunun yaxın günlərdə Milli Məclisin müzakirəsinə çıxarılması, Vahid Dövlət Turizm reyestrinin yaradılması zərurəti vurğulanıb. Müzakirə olunan mövzular içərisində dünya bazarına rəqabətqabiliyyətli məhsulun çıxarılması, keyfiyyət və kəmiyyət göstəriciləri, nümunəvi xidmət, qeyri-qanuni turizm fəaliyyəti ilə bağlı problemlərə də toxunulub.

Sonda turizm sahəsində fəaliyyət göstərən bütün dövlət, özəl, ictimai, təhsil sektoru nümayəndələrinin vahid hədəflərə doğru birgə əməkdaşlıq imkanlarının daha dərindən tədqiq olunması və bu istiqamətdə səylərin birləşdirilməsi təşəbbüsləri komissiya üzvləri və fəxri qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.

Komissiya növbəti iclaslarda Vergilər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Xarici İşlər Nazirliyi, Azərbaycan Hava Yolları və digər dövlət qurumları ilə görüşmək və müzakirə aparmaq nəzərdə tutulub.

Back To Top