- This event has passed.
2019-cu ildə keçirilmiş vergi islahatının praktiki aspektləri
Dekabr 3, 2019 / 10:00 səhər - 11:00 səhər UTC+4
Dəyərli ASK üzvləri!
Üzvlərimizə göstərilən xidmətlərinin effektivliyini artırmaq məqsədi ilə “Üzvdən üzvə” paketi çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyi və PWC-nin (PricewaterhouseCoopers Audit Azerbaijan LLC) iştirakı ilə 03.12.2019 tarixində “2019-cu ildə keçirilmiş vergi islahatının praktiki aspektləri” mövzusunda təlimin keçirilməsi planlaşdırılır.
Kursun keçirilmə tarixi: 03.12.2019
Başlama saatı: 10:00 – 12:00
Təlimin keçirildiyi ünvan: Bakı ş, Nizami küç., 90A, Landmark III
Son qeydiyyat tarixi: 02.12.2019 saat 16:00-a qədər
Təlimçi: PWC-nin əməkdaşı
Təlimin dili: Azərbaycan dili
PwC Akademiyası mütəxəssislər tərəfindən Sizin üçün yüksək səviyyədə ixtisaslaşdırılmış təlim, təhsil və inkişaf təşkil edən qurum olaraq 2011 – ci ildə yaradılmışdır. Məqsəd – müştərilərə effektiv şəkildə dəyişməyə, daha çevik, rəqabətə davamlı, səmərəli, dayanıqlı olmaq, eləcə də bütün sektor və biznes funksiyaları əhatə edən effektiv təlim həlləri vasitəsilə təcrübələrinin artmasında köməklik göstərməkdən ibarətdir.
Ölkəmizdə baş verən struktur dəyişiklikləri baxımından bəhs olunan mövzu aktuallığı ilə diqqət çəlb edir. Təlim sadəcə ASK üzvləri üçün nəzərdə tutulur. Aidiyyəti şöbənin məsul əməkdaşlarının məlumatlılığını artırmaq məqsədi ilə təlimdə iştirak etməyə Sizi dəvət edirik. İştirak edəcəyiniz təqdirdə https://sahibkarliq.typeform.com/to/I6dUS3 linkə daxil olaraq qeydiyyatdan keçməyiniz xahiş olunur.
Əlaqələndirici şəxs:
Elmira Balıyeva
Sahibkarlarla iş və kommunikasiya şöbəsi
Baş mütəxəssis
Tel: +994 12 465 76 92 (daxili 119)
E-mail: ebaliyeva@ask.org.az