skip to Main Content

Azərbaycan Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin geniştərkibli iclası keçirilib

Azərbaycan Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin Geniştərkibli Iclası Keçirilib

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) İdarə Heyətinin geniştərkibli iclası keçirilib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin sədrliyi ilə keçən iclasda Konfederasiyanın Strateji Planının 2018-2020-ci illər üzrə icrasına dair hesabat dinlənilib və post-müharibə dövründə sahibkar və işəgötürənlərin rolu, eyni zamanda rayonlarda sahibkarlığın inkişafı, bəzi sahələrin inkişafı ilə bağlı irəli sürülən təkliflər səsləndirilib.

Onlayn formatda keşirilən görüşdə ASK-nın vitse-prezidentləri Zakir Nuriyev, Vüqar Abbasov, Vüqar Zeynalov, Zakir Əzimov, Jalə Hacıyeva, baş katib əvəzi Kristina Məmmədova, Turizm və xidmət üzrə iş komissiyası sədri Ruslan Quliyev, Nəqliyyat və Logistika müəssisələri ilə iş komissiyası sədri Kamran Həbibov, İnnovasiyalar və Rəqəmsal Texnologiyalar üzrə komissiyanın katibi Fərid Kazımov, Qusar rayon nümayəndəsi Jalə Əmirbəyova, Sumqayıt şəhər nümayəndəsi Şahin Məmmədov, Qubadlı rayon nümayəndəsi Əli Mahmudov, Qida və içki sənayeçiləri Assosiasiyasının İdarə Heyətinin sədri Emin Dostiyari çıxış ediblər.

Qeyd edək ki,  Azərbaycan Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin 105 üzvü var və iclasda 95 üzv iştirak edib.

Back To Top