skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

Bolqarıstanda biznes imkanları

June 8, 2020 / 4:00 pm - 5:00 pm UTC+4

Hörmətli sahibkar!

Sizi, Azərbaycan Sahibkarlar Konfederasiyasının Facebook platforması üzərindən təşkil olunan növbəti onlayn seminarda iştirak etməyə dəvət edirik.

8 iyun 2020-ci il tarixində saat 16:00-da Azərbaycan Sahibkarlar Konfederasiyasının Bolqarıstan Respublikasındakı rəsmi nümayəndəsi, Perm Ticarət və Sənaye Palatasının Balkan ölkələri üzrə nümayəndəsi xanım Yuliya Vavilovanın və Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş katibinin müavini cənab Fuad Hümbətovun moderatorluğu ilə “Bolqarıstanda biznes imkanları” mövzusunda canlı yayım baş tutacaqdır.

Canlı yayımda aşağıdakı məsələlər müzakirə olunacaqdır:
 Bolqarıstan Respublikası və Azərbaycan Respublikası arasında ticari-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi;
 Hər iki ölkə arasında prioritet sahələrin müzakirəsi;
 Azərbaycanlı sahibkarları Bolqarıstanda müxtəlif sahələr üzrə investisiya və ticarət imkanları ilə tanış etmək.

Canlı yayımda iştirak etmək üçün Azərbaycan Sahibkarlar Konfederasiyasının facebook səhifəsini izləməyinizi xahiş edirik: facebook.com/sahibkarlar

#ask #sahibkarlar #biznesedestek

Details

Date:
June 8, 2020
Time:
4:00 pm - 5:00 pm
Event Category:
Back To Top