skip to Main Content

Vüqar Abbasov

Naxçıvan MR Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti

Abbasov Vüqar Zakir oğlu 12 aprel 1974-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1981-1991-ci illərdə Naxçıvan şəhəri 7 saylı orta məktəbdə oxuyub və oranı qırmızı attestatla bitirmişdir. 1991-1996-cı illər Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili ixtisas dərəcəsini qırmızı diplomla bitirmişdir. 1998-2001-ci illər Naxçıvan Dövlət Universitetinin İqtisad-Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasını qırmızı diplomla bitirmişdir. 2008-ci ildən AMEA-nın İqtisad İnstitutunun dissertantıdır. 2015-ci ildə “Regional şəraitdə sahibkarlığın inkişafı” adlı doktorluq işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 10-a qədər elmi məqalənin müəllifidir. Bir çox beynəlxalq konfraslarda iştirak etmişdir. Çox sayda sosial və biznes layihəsinin təşkilatçısı, iştirakçısı və rəhbəri olmuşdur. 1995-ci ildən “Cahan Holdinq”in qurucusu və prezidentidir. 2014-cü ildə Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədridir.

Back To Top