skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

Sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi

Aprel 16, 2021 / 4:00 axşam - 5:00 axşam UTC+4

Hörmətli Sahibkar!
Azərbaycan Sahibkarlar Konfederasiyası, Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində güzəştli maliyyə dəstəyi mexanizmləri barədə sahibkarların maarifləndirilməsi məqsədilə ZOOM platforması üzərindən ASK üzvləri üçün 16 aprel 2021-ci il tarixində saat 16:00-da “Sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi” mövzusunda vebinarda iştirak etməyə dəvət edir.
Bildiyiniz kimi, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsini davam etdirir.
Vebinarda sahibkarlara Fond tərəfindən təklif olunan maliyyə mexanizmləri, o cümlədən güzəştli kredit, avadanlıq krediti, kreditlərə zəmanət və mövcud kredit portfelinin subsidiyalaşdırılması mexanizmləri, onların şərtləri, müraciət forması və tələb olunan sənədlər barədə məlumat veriləcəkdir. Eləcə də, İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış Elektron Kredit Platforması və onun üstünlükləri barədə sahibkarlara məlumat veriləcək.
Vebinarda iştirak üçün qeydiyyatdan keçmək mütləqdir. Qeydiyyat üçün əlaqələndirici şəxsə aşağıdakı məlumatları göndərməyiniz xahiş olunur:
• Ad, Soyad
• Təmsil edilən qurum
• İcra edilən vəzifə
• E-mail ünvanı
• Telefon nömrəsi
Qeyd: Vebinarda iştirak etmək üçün gərəkli zoom link ancaq qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.
Əlaqələndirici şəxs:
Elmira Balıyeva
Baş mütəxəssis
E-mail: ebaliyeva@ask.org.az
Tel: +994 12 465 76 92 / daxili 119

Details

Tarix:
Aprel 16, 2021
Time:
4:00 axşam - 5:00 axşam
Tədbir Category:
Back To Top