- This event has passed.
Hindistanda “2-ci Qlobal Tekstil Texnologiyası və Mühəndisliyi Sərgisi” keçiriləcək
Yanvar 18, 2019 / 8:00 səhər - Yanvar 20, 2019 / 5:00 axşam UTC+4
Hörmətli sahibkrlar,
Sizi 2-ci Qlobal Tekstil Texnologiyası və Mühəndisliyi Sərgisinə (QTTMS 2019) dəvət edirik.
2-ci Qlobal Tekstil Texnologiyası və Mühəndisliyi Sərgisi (QTTMS 2019) 18-20 yanvar 2019-cu il tarixdə Hindistanın Mumbay şəhərindəki Bombay Sərgi Mərkəzində keçiriləcəkdir. 3 gün ərzində bu sərgidə 17 ölkənin biznes sektorundan olan ziyarətçilərin iştirakı gözlənilir. Bu tədbir Hindistanda yeganə kommersiya tədbiridir ki, çox sayda ölkədən maraqlanan şəxsləri bir araya gətirərək tekstil maşınları istehsalçıları üçün biznes və kommersiya fəaliyyətini genişləndirməyə yönəlmişdir.
Bu tədbir Hindistan Hökuməti Tekstil Nazirliyi, Hindistan Hökuməti Ağır Sənaye Bölməsi və Maharaştra Hökuməti tərəfindən dəstəklənir.
Hindistanın tekstil sənayesi dünyada Çindən sonra 2-ci yeri tutur.
Tədbirin təşkilatçısı – Hindistan Beynəlxalq Tekstil Maşınları Sərgiləri Cəmiyyəti, sponsor olaraq Hindistan Hökuməti, Hindistanda texnologiyanın təkmilləşdirilməsini asanlaşdırmaq, tekstil və tekstil mühəndisliyi sektorunda ikitərəfli ticarəti və birgə müəssisələrin yaradılmasını təşviq etmək üçün bu biznes tədbirini təşkil edir.
Sahələr:
- İplik və İplik üçün ehtiyat hissələri
- Toxuculuq
- İşləmə
- Rəqəmsal Çap
- Geyim
- Hörgü
- Naxışkarlıq
- Texniki Tekstil
- Boya və kimyəvi məhsullar
- Mühəndislik üçün tekstil maşınları
- Dizayn
- Texniki Məlumat Xidmətləri və s.
Sərgi 23 ölkənin iştirakı və 400 sərgi iştirakçısı da daxil olmaqla 13.500 kv.m sahəni əhatə edəcək.
Bu tədbir tekstil sənayesi üzrə biznes iştirakçılarının Hindistan və eləcə də digər ölkələrin müvafiq sahədə yeni biznes imkanları ilə tanış olmaq və şəbəkə qurmaları üçün əla platformadır.
Təşkilatçılar minimum 15 nəfərdən ibarət olan nümayəndə heyəti üçün aşağıdakı xərcləri qarşılayır:
- Aviabiletlər (ekonom sinif)
- 4* və 5* otellərdə yerləşdirmə (3 gecə)
- Aeroportdan və aeroporta transfer
- Sərgidə iştirak
Hindistanın Beynəlxalq Tekstil Maşınları Sərgisi Cəmiyyəti nümayəndə heyəti üçün bir günlük şəhər turu, bir günlük şam yeməyi və mədəni proqram təşkil edəcəkdir.
Əlaqə üçün
Sevda Əliyeva
Marketinq üzrə köməkçi
Hindistanın Azərbaycan Respublikasındakı Səfirliyi
Tel: (+994 12) 564 63 54, 564 63 44
Fax: (+994 12) 447 25 72
E-mail: com.baku@mea.gov.in
Daha ətraflı məlumat üçün aşağıdakı keçidləri ziyarət edin:
Broşür: http://www.gttes.india-itme.com/pdfs/GTTS_Brochure.pdf
Vebsayt: www.gttes.india-itme.com