skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

20 Yanvar faciəsinin 27-ci ildönümü ASK-da qeyd olunub

Yanvar 20, 2018 / 8:00 səhər - 5:00 axşam UTC+4

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında  20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar  anım tədbiri keçirilib.

Tədbir iştirakçıları, əvvəlcə, faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə qeyd edilib ki, 1990-cı ilin yanvarında Sovet imperiyasının qoşun birləşmələri Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı cinayət törətmişdir.Milli azadlıq ruhuna qarşı təcavüz, eyni zamanda xalqımızın yaddaşına silinməz faciə kimi yazılmış bu qanlı hadisətariximizin qəhrəmanlıq səhifəsidir.

Daha sonra bu qanlı faciəyə hüquqi-siyasi qiymətin məhz ümummilli lider Heydər Əliyev tərəfindən verildiyi bir daha tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Bildirilib ki, ulu öndərin siyasi kursunu bu gün layiqincə davam etdirən ölkə prezidenti cənab İlham Əliyev Azərbaycanın müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin ailələrinivə sağlamlığını itirmiş şəxsləri daim diqqətdə saxlayır.

Details

Tarix:
Yanvar 20, 2018
Time:
8:00 səhər - 5:00 axşam
Tədbir Category:
Back To Top