skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

ABŞ –səfirliyinin məsul işçisi Azərbaycan Sahibkarlar Konfederasiyasında olub

Noyabr 24, 2014 / 8:00 səhər - 5:00 axşam UTC+4

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev ABŞ-ın  Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqanla görüşündə iki ölkə arasında mövcud əməkdaşlıq imkanlarını müzakirə edib.

Görüşdə Azərbaycanda qeyri neft sektorunun inkişafı istiqamətində aparılan işlər qonaq tərəfindən müsbət qiymətləndirilib. Derek Hoqan bildirib ki, Azərbaycan iqtisadiyyatın  diverfikasiyası uğurlu addımlar atır və bu istiqamətdə səfirlik sonunadək dəstək göstərəcək. Səfirlik iki tərəf arasında mövcud əlaqələri inkişaf etdirməkdə maraqlıdırlar.

ASK-nın prezidenti M.Musayev  ölkənin iqtisadi göstəriciləri və knfederasiyanın fəaliyyəti haqqında qonağa ətraflı məlumat verib. O bildirib ki, Azərbaycanda özəl sektorun 83% özəl sektorun payına düşür. Ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasətin əsas istiqamətlərindən biri də regionlarda özəl sektorun inkişafına dəstək verməkdir, Azərbaycan Sahibkarlar Konfederasiyası da bu istiqamətdə iş aparır.

Görüşdə qonağın diqqətinə çatdırılıb ki, Beynəlxalq İşəgötürənlər Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı ilə mütəmadi  əməkdaşlığı ilə yanaşı Azərbaycan Sahibkarlar Konfederasiyası həmçinin  Qara Dəniz İqtisadi Əməkdaşlıq Şurasında da ölkəmizi  ləyaqətlə təmsil edir. Mərakeşdə keçiriləcək  tədbirə  dəvət aldıqlarını və Azərbaycan sahibkarlarının iştirakı ilə böyük tərkiblə həmin tədbirdə iştirak edəcəklərini qonağın diqqətinə çatdırıb.

M.Musayev onu da qeyd edib ki, Konfederasiya sahibkarlığın inkişafına dəstək verməklə yanaşı, həm də hökumətlə  özəl sektor arasında əlaqələrin yaranmasında bir növ körpü rolunu oynayır. Bu il iyul ayında partnyorlar arasında  2 illik Baş Kollektiv saziş imzalandı. Daima öhdəliklərimizi yerinə yetirilməsi üçün iş aparırıq. İndi isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyası birgə  3 tərəfli  Sosial Şuranın yaradılması istiqamətində məqsədyönlü iş aparır.

M.Musayev ölkədə gender bərabərliyi məsələsinə  də xüsusi diqqət yetirildiyini, özəl sektorda da bu sahədə  önəmli addımlar atıldığını dilə gətirib. Bildirib ki,  ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların  sayı  durmadan artır. ASK da öz növbəsində bu  işə xüsusi önəm verir. Belə ki, konfederasiyanın tərkibində “Qadın sahibkarlaığın inkişafı” adlı komissiya fəaliyyət göstərir,onlar daima beynəlxalq aləmdə baş verən  yeniliklər barədə maarifləndirilir, konfederasiya tərəfindən komissiya üzvlərinin  xarici ölkələrə səfəri təşkil edilir. Konfederasiya həmçinin   Azərbaycanda sahibkarlar İnstitunun yaradılmasına çalışır. Azərbaycanda bir neçə bölgədə sahibkarlıq asossiasiyası yaradılıb. Sahə asossiasiyalarının yaranmasına dəstək verilir. Xeyli sayda əməkdaşlıq müqaviləsi imzalanıb, onların sayı isə günbəgün  artır.

Azərbaycan sahibkarlarının xarici ölkələrə investisiya yatırması istiqamətində aradırmalar apardığını deyən M.Musayev bugünədək  50-yə yaxın ölkə ilə əməkdaşlıq müqaviləsinin imzalandığını və bu sənədlər sayəsində faydalı əməkdaşlıq imkanlarının yarandığını da istisna etmədi. ASK-nın bir neçə olkədə nümayəndələrinin fəaliyyət göstərməsini qonağın diqqətinə çatdıran M.Musayev gələcəkdə onların sayını artırmağın əsas hədəflərdən biri olduğunu da qeyd etdi.

Görüşdən məmnunluğunu dilə gətirən ABŞ-ın  Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan bildirib ki, bundan sonra potensial əməkdaşlıq imkanlarından əminliklə söhbət aça bilərlər. ABŞ da Azərbaycanda  tərəfdaş tapmaq arzusunda olan xeyli sayda  şirkətlər var.ASK ilə səfirliyin birgə əməkdaşlığı sayəsində hər iki tərəfdən olan iş adamları arasında əlaqə yaratmaq təbii olaraq müsbət bəhrəsini verəcəkdir. Derek Hoqan Azərbaycanda yaşayan  insanların  sahibkarlıq marağını  yüksək qiymətləndirib. O deyib ki, Azərbaycan hökumətinin son zamanlar bu sahədə  mühüm addımlar atması müsbət haldır. İqtisadiyyatın diverfikasiyasının gələcəkdə də bir çox iqtisadi problemlərin həllinə öz tövhəsini verəcək.

Derek Hoqan onu da qeyd edib ki, ASK-nın tərkibində fəaliyyət göstərən “Qadın sahibkarlığın inkişafı üzrə komissiyasının” işinin daha da faydalı olması üçün Amerikadan  təlim keçmək üçün təcrübəli və peşəkar xanım  ekspertlərin  dəvət  olunmasında öz köməyini təklif edə bilər.

Daha sonra qonaq ölkəmizdə kənd təsərrüfatı sahəsində ÜDM-payının artırılması üçün görüləsi xeyli iş olduğunu da dilə gətirib. Görüşdə fermerlər  üçün əlverişli   biznes mühitinin yaradılması, Azərbaycanda kiçik və orta sahibkarlığın  inkişafı istiqamətləri və sair məsələlər görüşün əsas  müzakirə məsələlərindən biri olub.

Details

Tarix:
Noyabr 24, 2014
Time:
8:00 səhər - 5:00 axşam
Tədbir Category:
Back To Top