skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

Arıçıların vahid ittifaqda birləşməsinə ehtiyac var

Sentyabr 28, 2016 / 8:00 səhər - 5:00 axşam UTC+4

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında  İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu “Azərbaycanda  arıçılıq sektorunun iqtisadi perspektivləri” adlı dəyirmi masa  keçirib. Tədbirdə 20-dən çox arı təsərrüfatı ilə məşğul olan ASK-nın üzvləri iştirak ediblər.

ASK-nın vitse prezidenti Vüqar Zeynalov  ölkədə özəl sektora yaradılan dövlət dəstəyindən söhbət açaraq, kənd təsərrüfatı məhsulların istehsalının inkişafının  daha da artdığını tədbir iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev “Azərbaycanda  arıçılıq sektorunun iqtisadi perspektivləri” adlı təqdimatla çıxış edib. Samir Əliyev bildirib ki, rəsmi rəqəmlərlə olmasa da apardıqları araşdırma nəticəsində məlum olub ki, Azərbaycanda 10 000 (on min) arı təsərrüfatı, 250 000 (iki yüz əlli min)  arı ailəsi var.

Dünya təcrübəsindən sohbət açan ekspertlər qeyd ediblər ki, ən ucuz bal Avstriyada, ən baha bal isə Fransadadır. Dünyada ən çox bal istehsal  edən ölkə Çin, Argentina, Meksika, Hindistan, Vyetnam, ən çox bal ixrac edən ölkə isə ABŞ, Almaniya, Böyük Britaniya, Yaponiya, Belçikadır.

Arıçılıqda mövcud vəziyyət müzakirə olunmaqla yanaşı, bir-çox problemlərdən də söhbət açılıb. Qeyd olunub ki, bu sahədə inkişaf üçün arıçılar assosiasiyasının təsis edilməsinə böyük ehtiyac var. Hal-hazırda pərakəndə fəaliyyət göstərdiklərini təsdiqləyən arıçılar, arıların vahid dövlət qeydiyatına alınmasınan vacibliyini dilə gətirdilər. Daha sonra beynəlxalq təcrübənin öyrənilməsinə tələbat olduğunu da istisna etmədilər. Arıçılığın inkişaf istiqamətini ixisaslı kadrların müəyyənləşdirəcəyinə əmin olduğunu deyən  arıçılar gələcəkdə bu sahə ilə bağlı peşəkar kadrların hazırlanmasını da  məqsədəuyğun hesab etdilər.

Tədbirdə bir sıra maraqlı təkliflər də səsləndirildi. Arı məhsullarının faydalı qida olduğunu deyən ekspertlər  gələcəkdə məktəblilərin və hərbiçilərin qida rasionuna arı məhsullarının əlavə edilməsini faydalı hesab etdilər. Gələcəkdə “Arıçılığın inkişafı ilə bağlı” dövlət proqramının qəbul olunması  da arzu olunan məsələlər sırasında xüsusilə qeyd olundu.

 

Details

Tarix:
Sentyabr 28, 2016
Time:
8:00 səhər - 5:00 axşam
Tədbir Category:
Back To Top