skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

ASK-da ulu öndərin anım günü keçirildi

Dekabr 12, 2016 / 8:00 səhər - 5:00 axşam UTC+4

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 13 il keçir. Bu gün Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında Heydər Əliyevin xatirəsinə anım mərasimi keçirib. Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi əvəzi Faiq Səmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzsiz xidmətlərindən danışıb. F.Səmmədov qeyd edib ki, tarix boyu Azərbaycan dünyaya alimlər, mütəfəkkirlər, nüfuzlu ziyalılar, siyasətçilər bəxş edib. Azərbaycan tarixinin böyük bir dövrü, onilliklər ərzində qazandığı nailiyyətlər ulu öndərimizin adı ilə bağlıdır.

Sonra  ASK-nın Baş Katibinin müavini  Mehman Mehmanovçıxış edərək ulu öndər Heydər Əliyevin həyat yolu, Azərbaycan dövləti və dövlətçiliyinin möhkəmlənməsində, “Azərbaycançılıq” məfkurəsinin bərqərar olmasında, Azərbaycanın dünya dövlətləri arasında layiqli yer tutmasında, o cümlədən beynəlxalq əlaqələrimizin inkişafında xidmətlərindən bəhs edib. M.Mehmanov bildirib ki, ölkədə həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirməsinə, ölkənin sosial – iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlmişdir. Bu məqsədlə qanunvericilik bazasının formalaşdırılması, bürokratik maneələrin aradan qaldırılması, maliyyə dəstəyinin göstərilməsi və digər sahələrdə mühüm əhəmiyyətli addımlar atılmışdır. Mehman Mehmanov qeyd edib ki, ulu öndərin rəhbərliyi dövründə bütün daxili və xarici təzyiqlərə baxmayaraq, ölkəmizin dünya birliyində nüfuzu gündən-günə artmış, dövlətimiz beynəlxalq və regional siyasətin həyata keçirilməsində getdikcə daha fəal iştirak etmişdir. Bütün bunlarla yanaşı, bəzi sahələrdə mövcud olan çatışmazlıqların tam aradan qaldırılmış, dövlət nəzarəti sahəsində həyata keçirilən islahatların davamlı olmuşdur. Ulu öndər azad sahibkarlığın inkişafına daim diqqət göstərmiş və respublikamızın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə əlaqələndirmişdir. O qeyd edib ki, sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaq, ölkəyə xarici investisiyaları cəlb etməklə, qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən biri olmuşdur. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşmış, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artmışdır.

Ulu öndər Heydər Əliyev siyasətinin, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətini diqqətə çatdıran natiq, ümummilli liderin ideyalarının prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini,uğurla idarə olunan Azərbaycan məhz ulu öndərin məqsədyönlü siyasətinin təcəssümü olduğunu bir daha  tədbir iştirakçılarının diqqətinə çatdırıb.

ASK-nın mətbuat xidmətinin rəhbəri Günel Yusifqızı çıxışında bildirib ki,  bütün bu faktlar bizə deməyə əsas verir ki,ümummillilider  Heydər Əliyev yalnız dövlətçiliyimizin, müstəqilliyimizin qurucusu deyil, eyni zamanda gənclər siyasətinin yeni forma və çalarlarla zənginləşməsinin, gənclərin inkişafı və onların potensialından cəmiyyətin inkişafı üçün istifadə edilməsində özünü göstərən elmi, mənəvi əsaslara dayanan gənclər siyasətinin də qurucusudur.

 

 

Details

Tarix:
Dekabr 12, 2016
Time:
8:00 səhər - 5:00 axşam
Tədbir Category:
Back To Top