- This event has passed.
ASK-nın dəstəyi ilə Antalyada konqres keçirilmişdir
Aprel 15, 2015 / 8:00 səhər - 5:00 axşam UTC+4
Türkiyənin Kənd Təsərrüfatı və Ərzaq Konfederasiyası, Sənayeçilər və İş adamları Dərnəyinin (TUMSİAD) təşkilatçılığı və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə 8-12 aprel 2015-ci il tarixlərində Türkiyənin Antalya şəhərində 2-ci Beynəlxalq Ərzaq, Kənd Təsərrüfatı və Qastranomiya Konqresi keçirilmişdir.
Açılış mərasimində Türkiyənin Kənd Təsərrüfatı və Ərzaq Konfederasiyasının Prezidenti Hakan Yüksel, TÜMSİAD-ın Prezidenti Yaşar Doğan, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Biznes Şurasının Baş Katibi və ASK-nın Türkiye Nümayəndəsi Məmməd Zülfüqarov, Anqola Respublikasının Dövlət Katibi Maria Abrantes və digər rəsmilər açılış nitqi söyləmişlər. Natiqlər, öz çıxışlarında Konqresin ərzaq və kənd təsərrüfatı sahəsindəki çağırışların və problemlərin beynəlxalq müstəvidə işıqladırılması baxımından önəmini vurğulamış, habelə bu sahədə Türkiyə, region və digər ölkələrdəki vəziyyət və perspektivlər barədə məlumat vermişlər.
Konqres, “Türkiyədə Kənd Təsərrüfatı Sahəsində Əməkdaşlıq”, “Qlobal İqtisadi Sistemdə Kiçik Sahibkarlığın Davamlı İnkişafı”, “Kiçik və Orta Sahibkarlığın əməkdaşlığı ilə istehlak yönümlü ərzaq mallarının inkişafı” və digər mövzular üzrə panellərdə müzakirələr davam etdirilmişdir.