- This event has passed.
ASK rəsmiləri “AzerGold” QSC-də olublar
Avqust 30, 2018 / 8:00 səhər - 5:00 axşam UTC+4
30 avqust 2018-ci il tarixdə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin inzibati binasında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov və ASK-nın baş katibi əvəzi Kristina Məmmədova “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovla görüş keçiriblər. Görüşdə iki təşkilat arasında əməkdaşlığın müxtəlif istiqamətlərinə dair bir çox məsələlər müzakirə olunub.
Azərbaycan Sahibkarlar Konfederasiyası haqqında məlumat verən Vüqar Zeynalov daha sonra Konfederasiyanın həyata keçirdiyi layihələr və beynəlxalq əməkdaşlıq imkanlarının üstünlükləri barədə danışıb. ASK-nın tərkibində fəaliyyət göstərən komissiyalarının sayının artırılmasını, gələcəkdə mədən işçilərini təmsil edən bir komissiyanın təsis edilməsinin də faydalı ola biləcəyini qeyd edib. Bu sahədə “AzerGold” QSC ilə əməkdaşlığın daha yaxından qurulmasını təklif edib.
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov təşkilatın iş prinsipləri və maraqlı olduqları istiqamətlər haqqında məlumat verib.
Görüşdə həmçinin əmək münasibətləri, peşə təhsilində işəgötürənlərin rolu, korporativ sosial məsuliyyət, təcrübə mübadiləsi və s. kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.