skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

“Azərbaycan- Almaniya Biznes Forumu” keçirilib.

Aprel 22, 2015 / 8:00 səhər - 5:00 axşam UTC+4

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Almaniyanın Türingiya İqtisadi İnkişaf Agentliyinin təşkilatçılığı ilə  “Azərbaycan- Almaniya Biznes Forumu”nun keçirilib.

Biznes forumda  Almaniyanın iqtisadi cəhətdən inkişaf etmiş Türingiya bölgəsinin tanınmış şirkətlərinin nümayəndələri, habelə Türingiyanın İqtisadi İnkişaf Agentliyinin rəhbərliyi  və Azərbaycanda fəaliyyət göstərən 60-dan çox yerli şirkətin təmsilçiləri  iştirak ediblər.

Məlumat üçün bildirək ki, Turingiyadan ölkəmizə işgüzar səfər edən   15-ə  yaxın  alman  şirkətləri arasında dünya şöhrətli “EPC Engineering”, “Funkwerk”, “Butzbach GmbH”, “Lehnard” CEPT GmbH və s. kimi şirkətlər də mövcuddur. Bu şirkətlər  Azərbaycanda  tərəfdaş  tapmaq və  əməkdaşlıq  etmək  niyyətindədirlər.

Tədbiri açıq elan edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının  vitse –prezidenti Vüqar Zeynalov Azərbaycan iqtisadiyyatı ilə bağlı ətraflı məlumat verərək, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndiyini, son illər ölkəmizin etibarlı tərəfdaş olduğundan söhbət açıb.

Azərbaycanın investisiya mühiti və biznes imkanları  haqqında AZPROMO-nun  rəhbərinin müşaviri  Natiq Mədətov maraqlı təqdimatla çıxış edib.

Almaniyanın Turinqiya bölgəsinin İqtisadi İnkişaf Agentliyinin direktoru Andres Kruyun  təqdimatı da iş adamları tərəfindən maraqla qarşılanıb.Andres Kruyun çıxışı zamanı iki ölkə sahibkarlıq təşkilatları arasında  mövcud iqtisadi əlaqələr barədə məlumat verərək, əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, Azərbaycan- Almaniya arasında  iqtisadi əlaqələrin daha da inkişafı üçün biznes forumların, işgüzar görüşlərin rolunun mühüm olduğunu   qeyd edib.

Tədbirdə  həmçinin   nəqliyyat  və  logistika, memarlıq, ekologiya və kimya sənayesi sahəsində  həyata keçirilən irimiqyaslı layihələr və alman iş adamları üçün maraq doğuracaq sahələr barədə ətraflı məlumat verilib.Biznes   forum  öz  işini   Azərbaycan və Almaniya  iş  adamlarının  ikitərəfli görüşləri ilə davam etdirib.

Günel Yusifqızı

Details

Tarix:
Aprel 22, 2015
Time:
8:00 səhər - 5:00 axşam
Tədbir Category:
Back To Top