skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı Biznes forumu keçirilib

Fevral 23, 2017 / 8:00 səhər - 5:00 axşam UTC+4

Azərbaycan və  Türkiyə Kənd  Təsərrüfatı Nazirlikləri, Türkiyənin DEİK təşkilatının və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının  təşkilatçılığı  ilə  23  fevral  2017-ci il tarixində  Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı Biznes  forumu  keçirilib.

Tədbirdə  Azərbaycan Respublikası  Kənd  Təsərrüfatı  naziri  Heydər  Əsədov, Türkiyə Kənd Təsərrüfatı  naziri  Faruk  Çelik, DEİK təşkilatının rəhbəri  Selçuk  Akat  və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının  prezidenti  Məmməd  Musayev və hər iki ölkənin kənd  təsərrüfatının  müxtəlif  sahələri  üzrə fəaliyyət göstərən 500 nəfərdən  çox sahibkarlar   iştirak ediblər.

Tədbirin əsas  məqsədi hər iki ölkə arasında  kənd  təsərrüfatı sahəsində investisiya imkanları,   sahibkarlar  arasında  biznes, partnyorluq əlaqələrinin genişləndirilməsi məsələləri təşkil edib.

Tədbirdə çıxış edən Kənd təsərrüfatı naziri Heydər Əsədov türkiyəli və azərbaycanlı iş adamlarını birgə istehsal müəssisələri yaratmağa dəvət edib. Nazir xüsusən də toxumçuluq mərkəzlərinin istehsalının təşkil olunmasının vacibliyini bir daha qeyd edib. O bildirib ki, Azərbaycanla Türkiyə arasında kənd təsərrüfatı sahəsində münasibətləri idxal-ixrac seqmentindən birgə məhsul istehsalı seqmentinə keçirmək lazımdır. Ötən il Türkiyənin  Azərbaycandan 100 milyon dollar həcmində kənd təsərrüfatı məhsulu ixrac etdiyini deyən nazir iki ölkə arasında daha çox birgə müəssisələrin yaradılmasının faydalı olacağını da istisna etməyib. Nazir qeyd edib ki, türkiyəli sahibkarların ölkəmizdə daha çox emal sənayesinə investisiya yatırmasına ehtiyac var.

Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik qeyd edib ki, Türkiyə və Azərbaycan arasında mövcud  ticarət həcmi  mövcud potensiala cavab vermir. Bu səviyyəni artırmalı və ixrac məhsullarının çeşidini genişləndirməliyik. Nazir bildirib ki, iki ölkə arasında bir çox sahələrdə əlaqələri inkişaf etdirmək mümkündür. Bu gün keçirilən biznes-forum iki ölkənin iş adamları arasında sıx əlaqə yaradacaq. Faruk Çelik bildirib ki, 2023-cü ildə Türkiyə Cümhuriyyətinin 100 illiyi qeyd ediləcək və Azərbaycanla Türkiyə bu müddətə qədər ticarət dövriyyəsinin həcmini 15 mlrd. dollara çatdırmaq niyyətindədir. Hər iki ölkənin başçısı 2023-cü ilədək ticarət dövriyyəmizin həcminin 15 mlrd. dollara çatdırılmasını qarşımıza hədəf qoyub. Rəqəmlərə baxdıqda məlum olur ki, Azərbaycan 1,3 mlrd. dollarlıq kənd təsərrüfatı məhsulu idxal edir. Türkiyədə isə bu rəqəm 11 mlrd. dollardır. Beləliklə, hər iki ölkənin iş adamlarının üzərinə böyük yük düşür. Azərbaycan və Türkiyə kənd təsərrüfatı məhsullarını bir-birindən ala bilər.

Azərbaycan  iqtisadiyyatında özəl sektorun  uğurla inkişafından söhbət açan  Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki,  son vaxtlar aqrar sənaye  istehsalının  yeni istiqamətlərinə xüsusi diqqət göstərilir.M.Musayev qeyd edib ki,  Azərbaycan Sahibkarlar Konfederasiyası iki qardaş ölkə arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsinə, Türkiyəli iş adamları ilə yerli sahibkarlar arasında əməkdaşlığa xüsusi önəm verir.Ötən illər ərzində Azərbaycanda, Türkiyədə biznes forumların keçirilməsi ölkələr arası iqtisadi əməkdaşlığın, iş adamları arasında münasibətlərin daha da genişlənməsinə şərait yaratmışdır.Bütün sahələrdə olduğu kimi, aqrar sahədə də Türkiyə iş adamlarının  Azərbaycana investiya yatırmaq və onların fəaliyyətinə kömək etmək, həmçinin iki ölkə arasındakı iqtisadi əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə Türkiyəli və Azərbaycanlı iş adamlarını ölkələrin davamlı iqtisadi inkişafına nail olmaq istiqamətində səfərbər etmək, hər iki ölkənin sahib olduğu potensialından birlikdə istifadə etmək məqsədilə ölkəmizdə Türkiyə iş adamlarının fəaliyyəti üçün stimul yaranmışdır. Azərbaycan sahibkarları olaraq biz çalışmalıyıq ki, bu sahələr üzrə Dövlət rəhbərliyi tərəfindən qarşımıza qoyulan hədəflərə nail olaq, ərzaq məhsulları ilə ölkəmizi tam təmin edək və kənd təsərrüfatının ənənəvi sahələri üzrə ixrac qabiliyyətli məhsulların istehsalını artıraq.

Biznes forum müxtəlif panellərdə çıxışlarla, daha sonra isə iki tərəfli görüşlərlə  davam edib.

 

Details

Tarix:
Fevral 23, 2017
Time:
8:00 səhər - 5:00 axşam
Tədbir Category:
Back To Top