skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

Azərbaycanda Qlobal Sahibkarlıq Həftəsi qeyd olunur.

Noyabr 19, 2015 / 8:00 səhər - 5:00 axşam UTC+4

Noyabrın 17-də Bakı Biznes Mərkəzində Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində “Azərbaycanda qadın sahibkarlığının inkişafı” adlı konfrans keçirilib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin təşəbbüsü və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə təşkil olunmuş tədbirdə dövlət qurumlarının, ictimai birliklərin, beynəlxalq təşkilatların, səfirliklərin, beyin mərkəzlərinin və universitetlərin nümayəndələri iştirak edib.

Konfransda Azərbaycanda iqtisadiyyatın diversifikasiyası üçün kiçik sahibkarlığın, o cümlədən qadın sahibkarlığının genişləndirilməsinin vacibliyi qeyd edilib.

ABŞ səfiri Robert Sekuta deyib ki, ABŞ Azərbaycanda qadınların iqtisadi imkanlarının artırılması sahəsində çalışır. Sahibkarlarlıq iqtisadi səlahiyyətlərin və iştirakçılığın artırılması üçün mühüm imkanlar yaradır.

“Biz sahibkarlığın inkişafının sürətləndirilməsi üçün Azərbaycan hökumətrinin atdığı addımları alqışlayırıq. ABŞ hökuməti islahatların davamlı və səmərəli olması üçün Azərbaycanla tərəfdaşlıq etməyə hazırdır”, o qeyd edib.

USAID tərəfindən dəstəklənən “Azərbaycanda Kiçik Sahibkarlığın İnkişafına Dəstək” layihəsini həyata keçirən ictimai birliklər konsorsiumu (Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu, İqtisadi Tədqiqatlar Mərkəzi, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi, Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzi, Xalça Dünya Assosiasiyası, Gələcəyə Körpü Gənclər təşkilatı) bu məsələlər üzrə konkret təkliflər və tövsiyələr paketi hazırlayıb.

Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov qeyd edib ki, bizim konsorsium iqtisadi islahatlar və sahibkarlığın inkişafı ilə bağlı Azərbaycan prezidentinə 2 təkliflər paketi təqdim edib. Üçüncü təkliflər paketini isə bu günlərdə təqdim edəcəyik. Təkliflər paketimiz hökumət tərəfindən öyrənilir və nəzərə alınır”, Onun fikrincə, oktyabr-noyabr aylarında prezident Əliyevin imzaladığı sənədlər ölkədə biznesin inkişafına mühüm təkan verəcək.

Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, dünya bazarında neftin qiymətinin kəskin enməsi ölkədə qeyri-neft sektorunun inkişafına diqqəti artırıb. Bu baxımdan kiçik və orta sahibkarlığın inkişafı mühüm əhəmiyyət kəsb edir.

“Kiçik və orta sahibkarlığın inkişafında qadın sahibkarlığı da əhəmiyyətlidir. Qadın sahibkarlığının inkişafı məsələləri parlamentin də diqqətindədir. Onların parlamentdə müdafiəsi daha da önə çəkiləcək. Yeni seçilmiş parlamentdə 23 qadın deputat olacaq”, Əhmədov qeyd edib.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının “Qadın Sahibkarlığın İnkişafı” komissiyasının sədri Jalə Hacıyeva da tədbirdə çıxış edərək, komissiyanın fəaliyyəti, mövcud vəziyyət  və gələcək hədəflər  barədə ətraflı məlumat verib. J.Hacıyeva bildirib ki, ASK-nın üzvü olan xanım iş adamları komissiyanın iclaslarında fəal iştirak edirlər. Həmçinin ölkədən kənarda təşkil edilən tədbir və sərgilərə cəlb olunaraq beynəlxalq təcrübədən yararlanırlar. O, iştirakçıları qadın sahibkarlığının inkişafına dəstək göstərməyə səsləyib. Qadınların kreditdən istifadə etmək imkanlarını  genişləndirməyin vacibliyini qeyd edib.

Qlobal Sahibkarlıq Həftəsi 2008-ci ildə təsis edilib və artıq dünyanın 160 olkəsini əhatə edir. Bu ilki Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində dünyanın müxtəlif ölkələrində keçirilən 30 000 tədbirdə  on milyon insan iştirak edir.

 

Details

Tarix:
Noyabr 19, 2015
Time:
8:00 səhər - 5:00 axşam
Tədbir Category:
Back To Top