skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

Bakıda Azərbaycan-Türkiyə İKT üzrə işgüzar görüş keçirilib

Dekabr 1, 2016 / 8:00 səhər - 5:00 axşam UTC+4

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun  və Türkiyənin Elektro-Texnologiya Təşkilatının (TET) dəstəyi ilə Bakıda Azərbaycan-Türkiyə İKT üzrə işgüzar görüşü keçirilib.Türkiyənin İKT sahəsində fəaliyyət göstərən 12 nüfuzlu şirkətdən ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində təşkil olununan tədbirdə rəsmi şəxslərlə yanaşı, Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları sahəsində çalışan 50-dən çox yerli şirkət rəhbərləri və təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iki ölkə arasındakı mövcud iqtisadi əlaqələrdən söhbət açıb. Azərbaycanda hazırda həyata keçirilən iqtisadi islahatların ticarətin və istehsalın həcmini artıracağını, ölkəyə xarici investorların cəlbinin təmin edəcəyini deyən E. Özoral Türkiyə iş adamlarını Azərbaycana tərəddüd etmədən sərmayə yatırmağa dəvət edib.

Ölkələrimiz arasında İKT sahəsində əməkdaşlıq üçün ciddi potensialın mövcud olduğunu deyən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev  bildirib ki, Azərbaycan ilə Türkiyə arasında İKT, xüsusən də yüksək texnologiyalar sahəsində əməkdaşlığın inkişaf etdirilməsi vacibdir. Yusif Abdullayev  deyib ki, İKT şirkətlərimiz birləşərək birgə tərəfdaşlıq vasitəsilə beynəlxalq bazarlarda qarşılıqlı faydalı layihələr həyata keçirə bilərlər. Bu da ölkəmizə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində, məhsullarımızın xarici bazarlara ixracı müstəvisində mühüm töhfələr verə bilər.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının İKT komissiyasının sədri İsmayıl Ələkbərov çıxışında qeyd edib ki, gələcəkdə Azərbaycanda qeyri-neft sektorunun inkişafında İKT müstəsna rol oynayacaq. 2020-2022-ci illərdə Azərbaycana 1 milyard ABŞ dollarından çox xarici valyuta daxil ola bilər. Bu da hazırda işlənilən “Azərbaycan İKT sənayesinin strateji inkişaf planı” adlı yol xəritəsinin reallaşdırılması nəticəsində mümkün ola bilər.İsmayıl Ələkbərov bildirib ki, biz ixrac imkanlarımızı dəyərləndirib bundan istifadə edə bilərik. Bu prosesdə daha çox beynəlxalq və uzun müddətə əsaslanan təcrübəyə malik, nüfuzlu Türkiyə şikətlərinin böyük rolu ola bilər.

Tədbir hər iki ölkənin İKT şirkətləri arasında işgüzar görüşlərin keçirilməsi ilə davam edib. Görüşlərdə ölkələrimizin informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətləri arasında tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, Azərbaycanda, həmçinin geniş regionda birgə layihələrin həyata keçirilməsi, Azərbaycan şirkətlərinin İKT üzrə həll və məhsullarının xarici bazarlara birgə təşviqi ətrafında müzakirələr aparılıb.

Sonda tədbir çərçivəsində “Startap Azərbaycan” yarışmasının qalibi olmuş gənc startapçıların təqdimatları keçirilib.

 

Details

Tarix:
Dekabr 1, 2016
Time:
8:00 səhər - 5:00 axşam
Tədbir Category:
Back To Top