skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

Bakıda HR Forum keçiriləcək

Sentyabr 15, 2018 / 9:00 səhər - 3:00 axşam UTC+4

Azərbaycan insan resursları peşəkarları ilə insan resurslarının idarə olunması sahəsində qabaqcıl Azərbaycan təcrübələrini bölüşmək, təcrübə mübadiləsi aparmaq və bu sahədə Azərbaycan modelinin yaradılması na təkan vermək məqsədi ilə 15 Sentyabr 2018-ci il tarixində HR Forum keçiriləcək.

Azərbaycan İnsan Resursları Cəmiyyəti (HRS), ADA Universiteti, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycandakı Amerika Ticarət Palatası (AMCHAM), Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) birgə təşkil etdiyi «İnsan resurslarının idarə edilməsi sahəsində qabaqcıl Azərbaycan təcrübələri» Forumu HR menecerlər, HR mütəxəssislər, HR sahəsində ixtisaslaşmaq istəyənlər, HR sahəsində fəaliyyət hb göstərən tədqiqatçılar, təlimçilər və məsləhətçilər üçün nəzərdə tutulmuşdur. Daha ətraflı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün linkdən istifadə edə bilərsiniz.

GÜNDƏLİK
09:30 – 10:00 Qarşılama və qeydiyyat.

Sponsor şirkətlərin sərgisi.

10:00 – 10:15 Açılış nitqi

1. Cavanşir Abdullayev, Azərbaycan İnsan Resursları Cəmiyyətinin Sədri

2. Məmməd Musayev, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti

3. Nuran Kərimov, AMCHAM, Prezident

4. ADA Universitetinin prorektoru Fariz İsmayılzadə

5. Baş sponsor

1-ci Panel: Biznes partnyorluqda HR-ın rolu və ehtiyat kadr potensialının yaradılması

Moderator:  Cavanşir Abdullayev, Azərbaycan İnsan Resursları Cəmiyyətinin Sədri

10:15 – 10:30 Mövzu 1: HR-lardan və yeni işçilərdən gözləntilər.

Məruzəçi: Gülnar Həsənova, Gilan Holdinq, Pərakəndə Portfelin Baş Icraçı Direktoru

10:30 – 10:45 Mövzu 2: HR biznes partnyor kimi

Məruzəçi: Elnarə Məmmədova, BP Azərbaycan şirkəti, Əməliyyatlar şöbəsinin müdiri, AMCHAM, HR Komitəsinin sədri

10:45 – 11:00 Mövzu 3: Ehtiyat kadr və talantların idarə edilməsi 

Məruzəçi: Cəlal Eynullayev, Azərsun Akademiyasının direktoru

11:00 – 11:15 Mövzu 4: Yüksək nəticəli komandanın yaradılması

Məruzəçi:  Allahverdi  Bağırov, Gilan Holdinq, HR menecer

11:15 – 11:45 Sual-cavab
11:45 – 12:15 Çay-qəhvə fasiləsi
2-ci Panel: Korporativ dəyərlərə sadiq komanda formalaşması

Moderator:  Cavanşir Abdullayev, Azərbaycan İnsan Resursları Cəmiyyətinin Sədri

12:15 – 12:30 Mövzu 1: Daha Yaxşısı üçün Birlikdə – Davranış Məcəlləsi, korporativ Dəyərlər və Mədəniyyət

Məruzəçi: Mətanət Babayeva, Azərfon LLC, HR direktor

12:30 – 12:45 Mövzu 2: Uyğunlaşma və adaptasiya

Məruzəçi: Həlimə Qəmərlinskaya, İnsan resursları və stress menecment üzrə ekspert

12:45 – 13:00 Mövzu 3: Motivasiya, onun strategiya və risk iştahasına uyğunluğu

Məruzəçi: Fəzilə Əskərova, Swift Engineering şirkətində Biznes Xidmətləri üzrə Əməliyyat Meneceri

13:00 – 13:15 Mövzu 4: KPİ və Performans qiymətləndirmə

Məruzəçi: Cavanşir Abdullayev, Azərbaycan İnsan Resursları Cəmiyyətinin Sədri

13:15 – 13:45 Sual-cavab
13:45 – 14:00 Bağlanış
14:00 – 15:00 Nahar

QEYDİYYAT

Foruma yazılmaq üçün aşağıdakı Qeydiyyat Formasını doldurmağınız xahiş olunur:

<< HR Forumunun Qeydiyyat Forması >>

Qeydiyyatınız təsdiq olunandan sonra iştirak haqqının ödənilməsi ilə bağlı məlumat ünvanınıza göndəriləcək.

 
Forumun gündəliyi, qeydiyyat və sponsorluqla bağlı suallarınız üçün əlaqəli şəxs:
Afaq Abdullayeva

ABTC, Müştəri Əlaqələri Meneceri

Tel.: (+994-12) 4970710 / 11 / 12 (111)

Mob: (+994-50) 3339450

E-mail: Afag.Abdullayeva@abtc.az

Details

Tarix:
Sentyabr 15, 2018
Time:
9:00 səhər - 3:00 axşam
Tədbir Category:
Back To Top