- This event has passed.
Bakıda “Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıqda yeni üfüqlər” mövzusunda beynəlxalq simpozium keçirilib
Oktyabr 24, 2018 / 8:00 səhər - 5:00 axşam UTC+4
24 oktyabr 2018-ci il tarixdə Bakıda “Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıqda yeni üfüqlər” mövzusunda beynəlxalq simpozium keçirilib. Türkiyənin İqtisadi Araşdırmalar Fondunun təşkilatçılığı və ASK-nın tərəfdaşlığı ilə keçiririlən simpoziumda 100-dən artıq azərbaycanlı və türkiyəli iş adamı iştirak edib.
Türkiyə İqtisadi Araşdırmalar Fondunun prezidenti Ahmet İncekara simpoziumun açılışında giriş nitgi ilə çıxış edərək bildirib ki, Azərbaycan-Türkiyə əlaqələrininin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu möhkəm təməl üzərində qurulan əlaqələr bu gün cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Ahmet İncekara 1996-cı ildə Türkiyənin İqtisadi Araşdırmalar Fondu tərəfindən Bakıda Türkiyə-Azərbaycan iqtisadi münasibətlərinə həsr olunmuş konfransda Heydər Əliyevin çıxışından sitat gətirib.
“Görünür ki, Türkiyə ilə Azərbaycan arasında olan iqtisadi əlaqələr əsasən ticarət əlaqələrindən ibarətdir. Şübhəsiz ki, ticarət olmalıdır və ticarəti biz bundan sonra da inkişaf etdirməliyik. Bu iqtisadi əlaqələrin birinci mərhələsidir, başlanğıcıdır. Ticarət olmasa başqa şey olmayacaq. Ancaq Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr, bir ticarət əlaqələri ilə bitməməlidir, məhdudlaşmamalıdır. Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr şübhəsiz ki, Azərbaycana sərmayə qoymaq, Azərbaycanda müştərək iş görmək,bu işlər nəticəsində həm mənfəət götürmək, həm də Azərbaycanın iqtisadiyyatın inkişaf etdirməkdən ibarət olmalıdır.”
Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov çıxışında iki ölkə arasında olan ticarət əlaqələrindən danışıb:
“19 oktyabr Türkiyədəki dünya miqyasında çox önəmli layihələrdən olan “Star” neft emalı zavodunun açılışı doğurdan da böyük tarixi hadisədir. 6.3 milyrad ABŞ dolları dəyərində olan bu layihə əslində daha çox dəyərə malikdir, çünki bu layihə Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin hansı səviyyədə olduğunu, bu əlaqələrin hansı istiqamətdə getdiyini və iki ölkə arasında olan strateji əməkdaşlıqdan xəbər verir. Bu layihə həm Azərbaycan, həm də Türkiyə üçün çox böyük önəmli layihədir. Bu layihənin icrası Türkiyənin bir çox məhsullardan idxaldan aslılğını aradan qaldıracaq. Türkiyə və Azərbaycan üçün çox böyük mənfəətlər verəcəkdir. İki ölkə arasında olan iqtisadi münasibətlər Azərbaycan Türkiyə arasında olan ticari dövriyyəsi sabit olaraq inkişaf edir. 2017-ci ildə ticarət dövriyyəsi 12% artaraq 2.6 milyard ABŞ dollarını ötüb. Həm ixracda, həm də idxalda biz artım müşahidə edirik. 2018-ci ilin ticari iqtisadi göstəriciləri də iki ölkə arasında çox müsbətdir – dövriyyə 22%, ixrac 18%, idxal 25% artıb. Azərbaycanla Türkiyə arasında ticarət iqtisadi əlaqələrini səciyyələndirən əsas xüsusiyyət bu əlaqələrin davamlı olaraq inkişaf etdirilməsi və genişləndirilməsidir. Eyni zamanda, dünyada gedən prosesləri nəzərə alaraq həm iqtisadi sahədə, həm də maliyyə sahəsində iqtisadi dayanıqlılığın olması və uzun vədəli prespektivə hesablanmasıdır. 2016-cı ildə Türkiyə Azərbaycan üçün ticarət dövriyyəsində birinci yerdə olub. 2017-2018-ci illərdə isə ikinci yerdə qərarlaşıb. Bu onu göstərir ki, Bizim ticari iqtisadi əməkdaşlığımızın potensialı böyükdür və bu əməkdaşlıq ildən-ilə yeni sahələri əhatə edir. İki ölkə arasında preferensial ticarət sazişinin imzalanması ilə bağlı çox böyük işlər həyata keçirilib. Türkiyə ilə Azərbaycan arasında iqtisadi münasibətlər çox güclü olaraq inkişaf edir və Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında iqtisadi əməkdaşlığı gücləndiməyə yönəlib. Burada qeyd etməliyəm ki, Türkiyə hökuməti Naxçıvan Muxtar Respublikasında istehsal olunan təqribən 100 milyon ABŞ dolları dəyərində olan məhsulların idxal rüsumundan azad edilməsi barədə qərar qəbul edib. Qarşılıqlı investisiyalar iki ölkə arasında iqtisadi əməkdaşlığın mühüm göstəricisidir. Azərbaycanın Türkiyə iqtisadiyyatına investisiyalarının ümumi həcmi 14,5 milyard dollar səviyyəsindədir. Hər il iki ölkə arasında ticari-iqtisadi münasibətlər şaxələnir və yeni sahələri əhatə edir. Azərbaycanın Türkiyəyə investisiyaları 14,5 milyard dollar həcmində dəyərləndirilir, bunun 13 milyardı neft-qaz sahəsinə yerləşdirilib. Türkiyə öz növbəsində Azərbaycana 11,8 milyard dollar yatırıb, bunun 9,1 milyard dolları neft sektoruna yerləşdirilib. Türkiyə Azərbaycanın qeyri-neft sektoruna 2,7 milyard dollar yerləşdirib və bu sahədə liderdir. Azərbaycanda Türkiyə kapitalı ilə 3400 şirkət, Türkiyədə isə Azərbaycan kapitalı ilə 2400 şirkət fəaliyyət göstərir”- deyə nazir müavini bildirib.
Simpoziumda Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Özoral iki ölkə arasında reallaşan ortaq layihələrin önəmindən danışıb.
“Mən burada səfir kimi fəaliyyətə başladığımdan indiyədək təxminən iki il ötüb.Və bu iki il ərzində 3 böyük hadisəyə şahid oldum. Bunlardan birincisi Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi idi. İkincisi iyun ayında TANAP-ın açılış mərasimi idi, üçüncüsü də keçən həftə İzmirdə “STAR” neft emalı zavodunun istifadəyə verilməsi idi. Bütün bu layihələrin bizim əlaqələrimiz baxımından çox büyük önəmi var. Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanı Avropaya bağlayacaq dünya bazarlarına bağlayacaq neft ve təbii qaz layihələri və bu neft və təbii qazı işlədəcək zavodlar Azərbaycanın müstəqilliyini qazandığı 1991-ci ildən bugünədək hər birimizin ortaq arzusudur. Bu gün biz bunların reallaşdırılmasının xoşbəxtliyini yaşayırıq. Əlbətdə ki, bu xoşbəxtliyə çatmaq üçün iki ölkənin dövlət başçılarının çox böyük əzv və səy, çox böyük siyasi iradə göstəriblər. Hər üç layihənin reallaşması qarşısında çox böyük əngəllər var idi. Türkiyə də, Azərbaycan da bu əngəlləri birlikdə aşaraq bu gün bir nöqtəyə gəldilər. 27 il əvvəl reallaşması xəyal kimi görünən işləri artıq birlikdə düşünürük. Azərbaycan bölgənin, Cənubi Qafqazın hər keçən gün daha da parlayan ulduzuna çevrilir, iqtisadi baxımdan nəaliyyətlərini günü-gündən artıraraq gələcəyə doğru inamla irəlləyir. Türkiyə dünyanın ən güclü 17-ci iqtisadiyyatı olaraq, dünyanın ən güclü ilk onluğuna daxil olmağı qarşısına hədəf qoyub. Cənab İlham Əliyevin hər zaman istifadə etdiyi bir söz var: Türkiyənin gücü Azərbaycanın gücüdür, Azərbyacanın gücü də Türkiyənin gücüdür. Bizlər əl-ələ verdikcə, çiyin-çiyinə verdikcə birlikdə hər zaman daha güçlü olarıq və birlikdə hər zaman daha böyük uğurlara imza atarıq. “STAR” neft emalı zavodu 6.3 milyard dollarlıq dünyanın ən büyük layihələrindən biridir. Türkiyədə isə ən böyük özəl sərmayədir”.
Milli Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycanla Türkiyə arasında ticarət əməkdaşlığının potensialı açıqlanan rəqəmlərdən daha böyükdür:
“Müstəqilliyimizin ilk illərində Azərbaycanda sahibkarlıq sinifi formalaşmağa başlayanda türk qardaşlarımız yanımızda olublar.Bu gün ölkəmizdə sahibkarlıq mühitinin yaxşılaşması üçün böyük işlər görülür. Düzdür, bu yolda bürokratik əngəllər də olur. Amma iş adamlarının birgə görüşləri hər iki ölkənin inkişafına imkan yaradır. 2000-ci ildə apardığım araşdırmaya görə, türk ölkələrinin dünya ÜDM-də payı 1 faizdən az, həmçinin yoxsulluq göstəriciləri yüksək olub. Həmin vaxt Azərbaycanda yoxsulluq səviyyəsi 49% idi. 18 il ərzində bizim əməkdaşlığımız nəticəsində yüz minlərlə yeni iş yeri yaradılıb. Bizim birliyimiz Türk dünyası üçün lazımdır. Bu gün biz qloballaşan dünyanın indiki mərhələsində türk dünyasının inkişaf strategiyası barədə düşünməliyik. 20-25 ildən sonra Türk dünyasının iqtisadi gücü nə qədər olacaq? İqtisadi gücü varsa deməli siyasi, hərbi gücü də var. Bu gün hər iki ölkənin birgə reallaşdırdığı layihələr dünyada maraqla qarşılanır. Biz Azərbaycanda elə layihələr həyata keçirik ki, bu, dünyanın enerji xəritəsini dəyişir”.
Azərbaycan Sahibkar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsində müsbət dinamikanın daha da yaxşılaşdırılması üçün iki ölkənin iş adamları arasında əlaqələrin gücləndirilməsinə ehtiyac var və bu işdə ASK-nın türkiyəli iş adamlarına hər cür dəstək verməyə hazır olduğunu qeyd edib.
Daha sonra İstanbul Fond Birjasının içraçı direktoru Mehmet Gönen, Bakı Fond Birjasının İdarə Heyətinin sədri Vüqar Namazov,İstanbul Ticarət Universitetinin akademiki Yusuf Tuna çıxış ediblər.
Simpozium işini panel müzakirələr şəklində davam etdirib.