skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

Daşınan əmlak əsaslı kreditləşmə üzrə beynəlxalq təcrübələrin Azərbaycanda tətbiqi müzakirə olunub

Mart 3, 2015 / 8:00 səhər - 5:00 axşam UTC+4

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) kiçik bizneslərin böyüməsi, yeni iş yerlərinin açılması , iqtisadi artıma töhfə vermək üçün bizneslərin maliyyə vəsaitlərinə çıxış imkanlarının yaxşılaşdırılması istiqamətində səylərini birləşdirib.

İsveçrənin İqtisadi Məsələləri üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilən IFC-nin Azərbaycanda və Orta Asiyada Maliyyə İnfrastrukturunun Təkmilləşdirilməsi üzrə Məsləhət Xidmətləri Layihəsi Azərbaycan Sahibkarlar Konfederasiyası ilə birgə daşınan əmlak əsaslı kreditləşməni təşviq etmək məqsədilə “Daşınan əmlak əsaslı kreditləşmə” adlı konfrans keçiriblər. Bu təşəbbüs maliyyə təşkilatlarından alınan kreditlər üçün girov olaraq maşın, avadanlıq, mal-məhsul ehtiyatları, dövriyyədəki mallar, həmçinin debitor borclar kimi daşınan əmlaklardan istifadə etməyə imkan verəcək.

Tədbirdə çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev ölkəmizdə  vətəndaşlara verilən kreditlərin əsasən daşınmaz əmlak üzərindən həyata keçirildiyini vurğulayıb. Lakin bu da müəyyən problemlər ortaya çıxarır. Dünya bankı ilə qurum arasında formalaşdırılan əməkdaşlığın mövcud problemləri aradan qaldıracağını qeyd edib: “Artıq daşınmaz əmlaka kredit verilməsi ilə bağlı dünyada mövcud olan mexanizm tətbiq edilməlidir. Bu gün Azərbaycan bazarında müştərilərə verilən kreditlər əsasən daşınmaz əmlak formasında təqdim olunan girovla təmin olunur və bu maliyyə sektorunun bu seqmentinin inkişafında müəyyən problemlər yaradır. Azərbaycan Sahibkarlar Konfederasiyasının bu sahədə Dünya Bankı ilə əməkdaşlığa başlaması mövcud problemləri aradan qaldırmağa dəstək verəcək”.

Məmməd Musayev onu da bildirib ki, Azərbaycanda girov məqsədləri üçün geniş istifadə olunmayan daşınan aktivlər adətən yaxşı likvidliyə malikdir və maliyyə məlumatı zəif olan müəssisələrin maliyyə vəsaitlərinə çıxış imkanlarını artıra bilər. Bu konfrans daşınan əmlak əsaslı kreditləşmə üzrə beynəlxalq qabaqcıl təcrübələrin Azərbaycanda tətbiqini müzakirə etmək üçün platforma yaradacaq. Azərbaycanda kreditlərin çoxu torpaq və digər daşınmaz əmlak təminatı əsasında verilir. Bu da girov kimi təklif etməyə daşınmaz əmlakı olmayan kiçik bizneslərin əksəriyyəti üçün mühüm məhdudiyyətlər yaradır.

Daşınan əmlak əsaslı maliyyələşmə üzrə beynəlxalq mütəxəssis Saymon Tompson qeyd edib ki, bu konfrans bizim Azərbaycanda sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarının artırılması istiqamətində birgə həyata keçirdiyimiz tədbirlərdəndir. Kiçik bizneslərə məxsus olan daşınan əmlakların dəyərindən istifadə həmin biznes müəssisələrinə və həmçinin kredit təşkilatlarına çox müsbət təsir edə bilər. Bu kiçik şirkətlər üçün yeni maliyyə imkanlarını, kreditorlar üçün öz müştəri bazalarını artırmaq üçün şərait yarada bilər.

Daha sonra çıxış edən Beynəlxalq Maliyyə Korporasiyasının Təminatlı Əqdlər üzrə Mütəxəssisi Aqil Abdullayev daşınan əmlaka tətbiq ediləcək kreditləşmənin əhalinin iqtisadi inkişafını sürətləndirəcəyini deyib. Bunun üçün banklar və digər kredit təşkilatlarının maraq yaratmalı olduğunu qeyd edib:

Tədbirdə səslənən yeniliklər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

 

Günel Yusifqızı

 

Details

Tarix:
Mart 3, 2015
Time:
8:00 səhər - 5:00 axşam
Tədbir Category:
Back To Top