- This event has passed.
“Dövlət satınalmaları haqqında təlim” keçiriləcək
Aprel 13, 2019 / 10:00 səhər - Aprel 20, 2019 / 2:30 axşam UTC+4
Business Management School Təchizat Zəncirinin İdarə Edilməsi Təlim Layihəsi çərçivəsində yeni “Dövlət satınalmaları haqqında təlim” proqramını elan edir.
Bu təlimdə kimlər iştirak edə bilər?
-Dövlət satınalmalarını həyata keçirən qurumların nümayəndələri
-Dövlət satınalmalarında iştirak edən sahibkarlıq subyektlərinin nümayəndələri
-Satınalmalar sahəsində çalışan mütəxəssislər
Bu təlimdən nələr əldə ediləcək?
-Dövlət satınalmaları sahəsində mövcud qanunvericiliyin və ona edilmiş dəyişikliklərin izahı.
-Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakının təmin edilməsi.
-Elektron satınalmaların təşkili, şəffaflığın təmini, satınalma prosedurlarına riayət olunması və səmərəliliyin artırılması barədə dolğun məlumatlar.
-Dövlət satınalmalarının metodları və onların tətbiqi şərtləri
-Tenderə dair əsas şərtlərin və sənədlər toplusunun hazırlanması
-Müqavilələrin idarə olunması.
-Satınalma mütəxəssislərinin maarifləndirilməsi və praktiki biliklərinin artırılması.
✍ Təlim ödənişlidir
Təlimin ödənişi 260 AZN olaraq təyin edilmişdir.
– Korporativ Endirimlər:
✔ Eyni şirkətdən 2 iştirakçı – Hər iştirakçıya 20 AZN Endirim!
✔ 3 və daha artıq iştirakçı – Hər iştirakçıya 30 AZN Endirim!
✔ Business Management Schoolun məzunlarına 45 AZN Endirim!
✔ Tələbələrə (tələbə bileti əsasında) – 20 AZN endirim!
25 Marta kimi ödəniş edərək qeydiyyatdan keçənlərə 20 AZN endirim tətbiq ediləcək
Qeyd: Endirim kateqoriyasının yalnız birindən istifadə etmək olar.
Ödənişə daxildir:
– Təlim materialları
– Nəticə imtahanı
– Sertifikat
– Kofe-breyk
✍ Sertifikat: Təlimin ümumi müddətinin 80 %-də iştirak edən hər kəs “iştirakçı” sertifikatı ilə təltif olunacaqdır. Sonda keçirilən yekûn imtahanında yüksək nəticə göstərənlər isə əlavə olaraq “müvəffəqiyyət” sertifikatı ilə mükafatlandırılacaqlar.
Təlim müddəti 10 saat!
13 Aprel – (Şənbə) – 10:00-14:15 (4 saat)
16 Aprel – (2-ci gün) – 19:00-21:15 (2 saat)
18 Aprel – (4-cü gün) – 19:00-21:15 (2 saat)
20 Aprel – (Şənbə) – 10:00-12:15 (2 saat)
Təlim vaxtı, təlimin interaktivliyindən asılı ola bilərək təlim şirkətinin hesabına uzadıla bilər!