- This event has passed.
“Əmtəə nişanları və coğrafi göstəricilər” mövzusunda təlim keçiriləcək
İyun 10, 2019 / 2:30 səhər - 5:00 səhər UTC+4
Hörmətli sahibkarlar!
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşəbbüsü və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin dəstəyi ilə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən 29/05/30 – 30/05/2019 tarixinə planlaşdırılan Əqli Mülkiyyət obyektləri mövzularına dair kurs 10 iyun 2019-cu il tarixindən etibarən öz işinə başlayacaqdır.
Təlim kursları əsasən Azərbaycan Respublikası Prezidentinin qeyri-neft sektorunun inkişafı ilə əlaqədar son dövrdə verdiyi fərman və sərəncamlar, yerli şirkətlər tərəfindən istehsal olunan məhsulların “Əmtəə nişanları və ya Coğrafi göstərici” kimi ölkə daxilində, həmçinin beynəlxalq sistem vasitəsilə təminatı, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi və digər məsələlərin həlli istiqamətində biliklərin artırılması məqsədilə təşkil edilir.
Qeyd edilən kurslarda sahibkarlıq fəaliyyəti göstərən subyektlərə əmtəə nişanları və coğrafi göstəricilər və digər Əqli Mülkiyyət obyektlərinə dair Azərbaycan qanunvericiliyi və onun beynəlxalq sistemlərə inteqrasiyası, həmçinin beynəlxalq normativ hüquqi aktlar və sənədlər, mühafizə elementləri barədə ətraflı məlumatlar veriləcəkdir.
Kurslar Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən maliyyələşdirilir və ödənişsiz əsaslarla həyata keçirilir.
Kurslarda iştirak etmək istəyən namizədlər barədə məlumatların cari ilin 4 iyun tarixinə kimi aşağıda qeyd edilən elektron poçt ünvanlarına göndərilməsini xahiş edirik.
Kurslar həftədə 2 dəfə həftənin III və V günləri saat 14:30 – dan – 17:00 kimi, Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzində (AZ1078, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi 124) təşkil olunur.
Əlaqələndirici şəxslər:
Nigar Chima
email: n.osuji@patent.gov.az; ofis: (012) 449 62 54;
mob: (050) 707 89 13
Elmira Balıyeva
e-mail: ebaliyeva@ask.org.az;
tel: (012) 465 72 42 (daxili 119))