- This event has passed.
Epidemiyanın sahibkarlıq sahəsində müqavilələrə təsiri
Aprel 28, 2020 / 4:00 axşam - 5:00 axşam UTC+4
Hörmətli Sahibkar!
Azərbaycan Sahibkarlar Konfederasiyası ölkə ərazisində fəaliyyət göstərən sahibkarlara dəstək məqsədi ilə fərqli sahələri əhatə etməklə müxtəlif mövzularda məlumatlandırıcı seminarların təşkilini davam edir.
Növbəti addım olaraq 28 aprel 2020-ci il tarixində saat 16:00-da hüquq üzrə fəlsəfə doktoru, dosent Mübariz Yolçiyev və ASK-nın Hüquq və sosial tərəfdaşlıq şöbəsinin müdiri Xəqan Hümmətzadənin moderatorluğu ilə “Epidemiyanın sahibkarlıq sahəsində müqavilələrə təsiri” mövzusunda canlı yayım təşkil olunacaq.
Canlı yayımda aşağıdakı məsələlərə toxunulacaq:
- Fors-major hal nədir? Azərbaycan Respublikasının qanunvericiliyində hansı formada öz əksini tapmışdır?
- Mülki Məcəllədə qeyd olunan fövqəladə hal və qarşısıalınmaz qüvvə anlayışları arasında hansısa fərqlər varmıdır?
- Sahibkarları əsas narahat edən sahələr üzrə təsirləri:
- Epidemiya və xüsusi karantin rejimi sahibkarları kredit öhdəliklərindən azad edirmi?
- Epidemiya və xüsusi karantin rejimi sahibkarları icarə müqavilələri və digər mütəmadi ödəniş yaradan müqavilələr üzrə öhdəliklərindən azad edirmi?
Canlı yayımda iştirak etmək üçün https://facebook.com/sahibkarlar linkinə daxil olaraq səhifəni izləməyinizi xahiş edirik.