- This event has passed.
“İslam Bankçılığı, Maliyyəsi və Sığortası” üzrə təlim keçiriləcək
Sentyabr 14, 2018 / 9:00 səhər - Sentyabr 17, 2018 / 6:00 axşam UTC+4
Hörmətli sahibkarlar,
Sizi 14-17 sentyabr 2018-ci il tarixlərində Bakıda keçiriləcək “İslam Bankçılığı, Maliyyəsi və Sığortası (Təkafül)” üzrə xüsusi sertifikatlı təlim proqramında iştirak etməyə dəvət edirik.
Təlim Birləşmiş Ərəb Əmirliyinin Al-Huda İslam Bankçılığı və İqtisadiyyatı Mərkəzi ilə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Təlimin keçirilməsinin məqsədi Azərbaycanda islam bankçılığı, maliyyəsi və sığortası sahəsində mütəxəssislərin hazırlanmasıdır.
Təlim 3 hissədən ibarət olacaqdır.
14-15 Sentyabr – İslam Bankçılığı və Maliyyəsi;
16 Sentyabr – Körfəz ölkələrindən investisiyaların cəlb edilməsi;
17 Sentyabr – İslam sığortası (Təkafül)
Sonda iştirakçılara Malayziya Maliyyə Akkredetasiya Agentliyinin Beynəlxalq dərəcəli sertifikatı veriləcəkdir.
«Körfəz ölkələrindən investisiyaların cəlb edilməsi» adlı seminar (16 Sentyabrda 3 saat-18:00-21:00) biznes qurumları üçün xüsusilə faydalı olacaqdır. Belə ki, xarici ekspertlər gələcəkdə şirkətlərə maliyyə cəlb olunması üçün də məsləhət xidmətləri göstərə bilər. Təlimdə “Körfəz ölkələrindən investisiyaların cəlb edilməsi” mövzusu üzrə 1 nəfər üçün iştirak haqqı 200 AZN təşkil edir.
Qeyd edək ki, təlimin təşkili və iştirakçıların yazılması işi İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi tərəfindən aparılır.
Son qeydiyyat tarixi:12 sentyabr 2018-ci il
Əlaqələndirici şəxs:
İsgəndər Quluzadə, Radil Fətullayev
(012)432 -71 -75 ; (012)480- 28 -45
070 511-77-31 ; (055) 203-07-85
office.iroib@gmail.com