İstanbulda Türk Ticarət Sərgisi (TTF) keçiriləcək
Noyabr 7 / 9:00 səhər - Noyabr 9 / 5:00 axşam UTC+4
Hörmətli sahibkarlar,
7-9 noyabr 2024-cü il tarixlərində Türkiyə Respublikasının Ticarət Nazirliyi himayəsi altında Türk Dövlətləri Təşkilatı – Türkiyə TTF-24 Ticarət və sənaye Palataları Birliyi ilə əməkdaşlıq çərçivəsində Rok Uluslararası Danışmanlık şirketi təşkilatçılığı və Azərbaycan Sahibkarlar Konfederasiyasının dəsətyi ilə İstanbul Sərgi Mərkəzində (IFM) Türk Ticarət Sərgisi (TTF) keçiriləcəkdir.
Türk Ticarət Sərgisi Türk Dövlətləri: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, MAcarıstan, Türkmənistan, Şimali Kipr Respublikası arasında ticarət, sənaye, investisiya, texnologiya və digər xidmətləri inkişaf etdirmək və bu xidmətlərin dünyanın digər yerlərində marketinqini asanlaşdırmaq məqsədi daşıyan 8 ölkənin dövlət qurumları tərəfindən dəstəklənən, Türk dövlətlərinin iş dünyasının ən böyük görüşü olacaq sərgi və forumdur.
Sərgidə 20-dən çox sahənin məhsulları və texnologiyaları nümayiş etdiriləcək, ikitərəfli görüşlər keçiriləcək və françayz danışıqları təşkil olunacaqdır.
Əlaqə üçün:
Zəhra Bağırova
Mob: +994 51 229 97 22 / E-poçt: zbaghirova@ask.org.az
Daha ətraflı məlumatla aşağıdakı fayldan tanış ola bilərsiniz: