- This event has passed.
İtaliya iş adamları ilə görüş keçirilib
Aprel 15, 2016 / 8:00 səhər - 5:00 axşam UTC+4
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında İtaliya iş adamlarından ibarət nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə çıxış edən ASK-nın vitse prezidenti Vüqar Zeynalov Azərbaycan və İtaliya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin uğurla inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, İtaliya şirkətləri tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına böyük məbləğlərdə investisiya qoyulduğu vurğulanıb. Son dövrlər qeyri-neft sektorunun inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu qeyd edən Vüqar Zeynalov bu istiqamətdə İtaliya iş adamlarının yeni texnologiyaların ölkəmizə gətirilməsində əhəmiyyətli rolu ola biləcəyindən də söhbət açdı. İki ölkənin özəl sektoru iləəməkdaşlığın genişləndirilməsi üçün münasib imkanların olduğunu, bu əlaqələrin inkişafında İtaliya nümayəndə heyətinin ölkəmizə səfərinin əhəmiyyətini qeyd edib.
Azərbaycana səfərindən məmnunluğunu ifadə edən nümayəndə heyətinin rəhbəri “İtaly Proqres” şirkətinin prezidenti xanım Teresa İngrao ölkəmizə səfəri çərçivəsində keçirəcəyi görüşlərin əlaqələrimizin genişləndirilməsi baxımdan önəmli olacağını vurğulayıb. Teresa İngrao bildirib ki, səfərin əsas məqsədi Azərbaycanla yaxından tanış olmaqdır. O, həmçinin azərbaycanlı iş adamlarını fəal əməkdaşlığa dəvət edib.
Görüşdə mövcud əlaqələrin genişləndirilməsi, yeni işgüzar əlaqələrin yaradılması perspektivləri də müzakirə olunub. Görüş daha sonra hər iki ölkənin iş adamlarının qarşılıqlı müzakirələri və təqdimatları ilə yekunlaşıb.