- This event has passed.
Kənd təsərrüfatında dəyər zənciri – xarici ekspertlər sahibkarlara təlim keçir
May 24, 2017 / 8:00 səhər - 5:00 axşam UTC+4
“East İnvest 2” layihəsi çərçivəsində kənd təsərrüfatı üzrə İtaliyalı beynəlxalq ekspertlər Azərbaycanda səfərdədir. İtalyan mütəxəssislər tərəfindən kənd təsərrüfatında dəyər zəncirinin davamlılılğı konsepsiyası üzrə əvvəlcədən seçilmiş 20 Azərbaycan şirkətlərinin nümayəndələrinəAzərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında təlim keçirilir.
Təlim zamanı iştirakçılara istehsal prosesində ətraf mühitin dayanıqlılığı məsələsinə verilən önəmin son nəticədə məhsulun rəqabət qabiliyyətliliyinin yaxşılaşması və şirkətə əlavə dəyər qazandırması konkret misallarla izah olunur. Habelə, təlim zamanı müasir qida təhlükəsizliyi və keyfiyyətli idarəçilik sisteminin qida sənayesi məhsullarının həm daxili həm də xarici bazarda rəqabətqabiliyyətliliyinin inkişafına kömək etməsi barədə ətraflı müzakirələr aparılııb.
Daha sonra təxminən 3 gün ərzində italyalı ekspertlərin 10 pilot kənd təsərrüfatı müəssisəsinə səfəri və müasir texnologiyaların davamlı inkişafa təsiri barədə sahibkarlara fərdi qaydada məsləhət verməsi və təlim keçməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Eurochambres” (Avropalata) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 04.05.2016-cı il tarixdə imzalanmış “East İnvest 2” xidmət müqaviləsi çərçivəsində həyata keçirilən layihənin əsas məqsədi kənd təsərrüfatı və qida sektorunun davamlı inkişafının gücləndirilməsi sahəsində biznesə dəstək göstərən Azərbaycan təşkilatlarına (o cümlədən ASK), həmçinin Kiçik və Orta Sahibkarlıq (KOS) subyektlərinə dəstək göstərmək və onların Avropa Ittifaqı ölkələri ilə əlaqələrini inkişaf etdirməkdir.