- This event has passed.
KOB – lara güzəştli investisiya yatırımı mexanizmləri
Aprel 19, 2022 / 3:00 axşam - 4:00 axşam UTC+4
Hörmətli #Sahibkarlar!
Sizi Azərbaycan Sahibkarlar Konfederasiyasının (#ASK) təşkilatçılığı və Birgə İnvest MMC şirkətinin dəstəyi ilə 19 aprel 2022-ci il tarixində ZOOM platforması üzərindən onlayn formatda saat 15:00-da baş tutacaq “#KOB – lara güzəştli #investisiya yatırımı mexanizmləri: “Birgə İnvest” MMC -in güzəştli maliyyələşdirmə yanaşması” mövzusunda vebinarda iştirak etməyə dəvət edirik.
#Vebinar-ın müzakirə mövzuları aşağıdakılardır:
1. “BİRGƏ İnvest” MMC- nin yanaşmasının özəllikləri.
2. İnvestisiya layihələrinin effektivliyinin qiymətləndirilməsi
3. Həyata keçirilən layihələrdə tətbiq olunan birbaşa investisiyalar.
4. Sahibkarları maraqlandıran Sualların Cavablandırılması
Tədbirdə iştirakla bağlı məlumatı yazılı şəkildə (Ad, Soyad, təmsil olunan şirkət) əlaqələndirici şəxsə təqdim etməyinizi xahiş edirik.
Əlaqələndiri şəxs: Zülfiyyə Vəliyeva
Tel: +994 51 229 97 22
E-mail: zvaliyeva@ask.org.az