skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

“Aqrar İnkişaf və ailə kəndli təsərrüfatları ilə daimi iş” komissiyası ilk iclasını keçirib

İyul 21, 2017 / 8:00 səhər - 5:00 axşam UTC+4

Son vaxtlar Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) tərkibində yaradılmış 16 komissiyanın fəaliyyətini  daha da canlandırmaq üçün müvafiq tədbirlər görülür. Hər bir komissiyanın üzvləri  ayda bir dəfədən az olmayaraq Konfederasiyanın, ya da komissiya sədrinin   ofisində toplaşaraq sahələr  üzrə mövcud vəziyyəti,  normativ sənədləri, nöqsan və çatışmazlıqları aradan qaldırmaq üçün həll yollarını  müzakirə edirlər.

“Aqrar İnkişaf və ailə kəndli təsərrüfatları ilə daimi iş” komissiyasının ilk iclası da  “Xəyal Adası”nda keçirildi.

Azərbaycan Sahibkarlar Konfederasiyasının  vitse prezidenti Vüqar Zeynalov bildirib  ki,son illərdə respublikamızda qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində  dövlət proqramları, iri infrastruktur layihələrinin həyata keçirilməsi, əhalinin yoxsulluq səviyyəsinin minimuma endirilməsi, kiçik və orta sahibkarlığın, xüsusən fermer təsərrüfatlarının  inkişafı üçün  zəruri  tədbirlər görülür. Aqrar sahənin inkişafı isə bu gün real əhəmiyyət kəsb edir.  Azərbaycan Sahibkarlar Konfederasiyası da bu sahədə fəaliyyət göstərən komissiyanın işinin yenidən canlandırılmasını diqqət mərkəzində saxlayır. V.Zeynalov qeyd edib ki,  “Aqrar İnkişaf və ailə kəndli təsərrüfatları ilə daimi iş” komissiyası ASK-nın Rəyasət Heyətinin qərarı ilə yaradılıb. Komissiyanın əsas işi sahibkarların problemlərinin həll edilməsi, onların maarifləndirilməsi ,regionlarda sahibkarlığın inkişafının sürətləndirilməsi üçün iş adamlarının təşkilatlanması kimi məsələləri əhətə edir.

Komissiyanın işinin daha da fəallaşdırılması üçün quruma “Azərsun Holdinq”in Müşahidə Şurasının  sədri Abdulbari  Gözəlin sədrlik etməsini təklif edib.Təklif səsə qoyularaq qəbul edilib.Daha sonra komissiya sədrinin müavinləri seçilib. “Karat Holdinq” –in icraçı direktoru Taleh Qasımov, “Ritm Group” direktoru Gündüz Aslanov, “Buta Group”-un baş meneceri Bəşir Quliyev komissiya sədrinin müavinləri təsdiq olunublar.

Konfederasiya ilə əməkdaşlıqdan məmnunluğunu dilə gətirən “Azərsun Holdinq”in Müşahidə Şurasının  sədri  Abdulbari Gözəl indiyədək Azərbaycan Sahibkarlar Konfederasiyasının  həyata keçirdiyi tədbirlərdə “Azərsun Holdinq”in əməkdaşlarının həvəs və maraqla iştirak etdiklərini bildirib. Qeyd  edib ki, “Aqrar İnkişaf və ailə kəndli təsərrüfatları ilə daimi iş” komissiyasının ölkə iqtisadiyyatı, xüsusilə də kənd təsərrüfatı sahəsində xüsusi xidmətlər göstərəcəyinə inanır. O, rəhbərlik etdiyi holdinqin bu işə əlindən gələn dəstəyi göstərməyə hazır olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu komissiya qısa müddətdə ölkədə kənd təsərrüfatı məhsulları istehsal və ixrac edən müəssisələri öz ətrafında toplaya bilsə, bu sahədə mühüm məsələlərin müzakirəsinə başlamaq olar. Daha sonra konfederasiya aqrar sahədə mövcud problemləri hökumətə təqdim edə bilər.

Görüşdə iştirak edən komissiya üzvləri də maraqlı təkliflər səsləndiriblər.

Tərəflər qısa müddətdə komissiyanın bütün sənədlərini birgə müzakirə edərək, vahid proqramın hazırlanması barədə razılığa gəliblər.

 

 

Details

Tarix:
İyul 21, 2017
Time:
8:00 səhər - 5:00 axşam
Tədbir Category:
Back To Top