- This event has passed.
Koronavirus Dövründə və Sonrasında Təşkilat və İdarəetmə Strukturları
May 4, 2020 / 4:00 axşam - 5:30 axşam UTC+4
Korona Virus Erasında insanlarla yanaşı şirkətlərin həyatında da ciddi dəyişikliklər baş verdi. Şirkətlərdəki boşluqlar və çatışmazlıqlar özünü daha bariz göstərməyə başladı. “Çevik Şirkətlər”, “Böhran İdarəetməsi”, “Yeni Təşkilati Strukturlar və İdarəetmə Formaları” kimi mövzular aktuallığını daha da artırdı. Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilati dəstəyi ilə sahibkarlara dəstək məqsədi ilə 4 may 2020-ci il tarixində saat 16:00-da idarəetmə elmləri üzrə fəlsə doktoru Prof. Dr. Ali B. Kutvanın təqdimatında “Koronavirus Dövründə və Sonrasında Təşkilat və İdarəetmə Strukturları” mövzusunda Zoom paltforması üzərindən webinar təşkil olunacaq. Webinarda aşağıdakı mövzular müzakirə olunacaq:
- Korona Virus Dövrü Bizə Nə Öyrədir?
- Sosial Vərdişlər və İstehlakçı Davranışları
- Böhran İdarəetməsi və Çevik Təşkilat Komandaları
- Yeni Bir İdarəetmə Paradiqması – İyerarxiyadan Holokratiyaya
- İdarəetmə Etikası
Webinara qatılmaq üçün https://us02web.zoom.us/j/84999429700?pwd=L05oeENXQ3pSUGlTMjl2ZitDSTJOUT09 linkindən və ya bu məlumatları (ID: 849 9942 9700 və Password: 403 098) istifadə edə bilərsiniz.