skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

Monteneqroda turizm və investisiya imkanları

Fevral 3, 2023 / 3:00 axşam - 5:00 axşam UTC+4

Hörmətli sahibkarlar!

Sizi, 03 fevral 2023-cü il tarixində saat 15:00-da Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Bosniya və Hersoqovina Federasiyası, Monteneqro və Serbiya Respublikası üzrə səlahiyyətli nümayəndəsi Seyran Mirzəzadənin iştirakı ilə keçirilməsi planlaşdırılan “Monteneqroda turizm və investisiya imkanları” haqqında onlayn təqdimata dəvət edirik. Təqdimat, ZOOM onlayn platforması üzərindən keçiriləcəkdir.
Təqdimatda, ASK-nın Bosniya və Hersoqovina Federasiyası, Monteneqro və Serbiya Respublikası üzrə səlahiyyətli nümayəndəsi Seyran Mirzəzadə aşağıdakı mövzularda çıxış edəcəkdir:
– Monteneqroda mövcud olan turizm potensialı;
– Monteneqroda investisiya imkanları;
– İnvestisiya yatırılması üçün daha əlverişli olan sənaye sahələri;
– Monteneqroda mövcud investisiya layihələri.
Məlumat üçün qeyd etmək istərdik ki, Seyran Mirzəzadə Monteneqroda fəaliyyət göstərən “Azərbaycan – Monteneqro İqtisadi və Mədəni Mərkəzi”nin direktorudur.
Maraqlı tərəflərdən təqdimatda iştirak üçün 02.02.2023-cü il tarixinədək emuslumov@ask.org.az elektron poçtu vasitəsilə qeydiyyatdan (ad və soyad, şirkət, vəzifə, əlaqə) keçmələri xahiş olunur. ZOOM linki iştirakçılara qeydiyyatdan keçdikdən sonra göndəriləcəkdir.

Details

Tarix:
Fevral 3, 2023
Time:
3:00 axşam - 5:00 axşam
Tədbir Category:
Back To Top