- This event has passed.
Mumbayda “Rifaha aparan yol” adlı sərgi keçiriləcək
Sentyabr 12, 2018 / 9:00 səhər - Sentyabr 15, 2018 / 6:00 axşam UTC+4
Hörmətli sahibkarlar!
Əfqanıstan hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) 2018-ci il sentyabr ayının 12-dən 15-dək Hindistanın Mumbay şəhərində “Rifaha aparan yol” adlı sərgi təşkil edəcəkdir.
Nümayiş Əfqanıstan məhsulları və xidmətləri üçün bir platforma təmin edəcək və xarici investorları kənd təsərrüfatı, təhsil, səhiyyə, tekstil, daşlar və zərgərlik, sənaye mədənləri, aviayüklərin daşınması, nəqliyyat və enerji sektorlarını təşkil edir. Daha ətraflı məlumat və qeydiyyat üçün www.passage2prosperity.com ; www.eventledger.com/DMG/sectors.html səhifələrinə keçid edə bilərsiniz.
Son müraciət tarixi: 05.09.2018
Sərgi təşkilatçıları tərəfindən Azərbaycanlı sahibkarlara bəzi güzəştlər və imkanlar təklif olunur:
- I) Sərgi zamanı Əfqanıstan şirkətləri ilə Azərbaycan sahibkarları ortaq şirkət qurmaq məqsədi ilə iştirak edənlərə:
– Səfər və ezamiyyə xərcləri təşkilatçılar tərəfindən tam ödənilir,
– Əfqanıstan və Hindistan səfirliklərindən qısa müddət ərzində çoxgirişli və uzun müddətli işgüzar viza alınmasına dəstək verilir.
II) Sərgiyə sadəcə ziyarətçi kimi səfər etmək istəyən Azərbaycanlı sahibkarlara təklif olunur:
– Yalnız oteldə qalmaq xərci qarşılanır,
– Qısa müddətli (turistik) viza dəstəyi verilir.
Bunlarla yanaşı Əfqanıstan hökumətinin Bakıdakı səfirliyindən sərgidə iştirak edəcək şirkətlər barədə aldığımız ətraflı məlumatı keçiddən əldə edə bilərsiniz.
Əlaqələndirici şəxs: Nurlana Həsənova
Tel: (012) 465 72 42 (daxili: 112)
E-mail: nhasanova@ask.org.az