- This event has passed.
Nağdsız hesablaşmalar sahəsində mövcud vəziyyət müzakirə edilib
İyun 22, 2017 / 8:00 səhər - 5:00 axşam UTC+4
Sahibkarlarınnağdsızhesablaşmalarlabağlı qanununtətbiqindən sonra üzləşdirkləri problemlər bu gün Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı “Hyatt Regency Baku” otelində keçirilən dəyirmi masada müzakirə olundu.
Sahibkarları dinləmək üçün tədbirdə Azərbaycan Respublikası İqtisadiyyat naziri Şahin Mustafayev, Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Rüfət Aslanlı,Azərbaycan Respublikası Vergilər Nazirinin müavini İlkin Vəliyev, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev və 100-dən çox şirkət rəhbəri və təmsilçiləri iştirak edirdilər.
Ölkədə nağdsız hesablaşmalarla bağlı mövcud vəziyyət və sahibkarın qarşılaşdıqları bir çox məsələlərlə bağlı açıq müzakirələr aparıldı.Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanununun bəzi müddəaları geniş təhlil olundu. Bildirildi ki, qanunun daha da işlək mexanizmə çevrilməsi üçün əməliyyatların və hesablaşmaların şəffaflığı, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsi və s. kimi məsələlərlə bağlı sahibkarların qarşılaşdıqları problemlərin həlli ilə bağlı hökumət nümayəndələri ilə birbaşa dialoq müsbət nəticələr verə bilər.
Tədbirdə sahibkarlar fəal iştirak edərək, maraqlı təkliflərlə çıxış ediblər.
Sahibkarlar tərəfindən səslənən bütün təkliflərə münasibət bildirən rəsmilər bildiriblər ki, müzakirələr məsul şəxslər tərəfindən qeyd olunur və onların həlli istiqamətində yaxın müddətdə müvafiq iş aparılacaq. Qaldırılan məsələlərə daha ciddi yanaşılacaq və tədbirin davamı olaraq regionlarda da kiçik və orta sahibkarlarla, eləcə də fermerlərlə görüşlər təşkil ediləcək.