skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

Onlayn təlim keçiriləcək

Aprel 4, 2019 / 11:00 səhər - 5:00 axşam UTC+4

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə 4 aprel 2019-cu il tarixində, saat 11.00-da qida məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən sahibkarlar üçün “Qida təhlükəsizliyi ilə bağlı həyata keçirilən xidmətlərin təşkili və yeniliklər” mövzusunda onlayn təlim keçiriləcək.

Təlimə ölkənin istənilən yerindən internet vasitəsilə elektron resurslardan (kompyuter və mobil telefon) istifadə etməklə qoşulmaq mümkündür.

– Kompyuter vasitəsilə https://zoom.us/client/latest/ZoomInstaller.exe linkinə daxil olmaq və 861087991 parolunu yığmaqla;

– iPhone vasitəsilə “App Store”dan “Zoom Cloud Meetings” tətbiqini yükləməklə;

– Android vasitəsilə “Google Play”dən “Zoom Cloud Meetings” tətbiqini yükləməklə.

Agentliyin Masallı, Quba, Qusar, Xaçmaz, Siyəzən-Şabran, Yevlax, Gəncə, Qəbələ, Abşeron və Füzuli rayonları üzrə KOB dostları tərəfindən onlayn təlimə qoşulmaq istəyən sahibkarlara hər cür dəstək göstəriləcəkdir.

Təlimin gündəliyi ilə buradan tanış ola bilərsiniz.

Təlimə qoşulmaqla bağlı istənilən məsələ ilə əlaqədar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə müraciət edə bilərsiniz ((055) 525-30-30, Adil Əhmədov).

Details

Tarix:
Aprel 4, 2019
Time:
11:00 səhər - 5:00 axşam
Tədbir Category:
Back To Top