- This event has passed.
Pandemiya dövrü və sonrasında marketinq addımları
May 5, 2020 / 8:30 axşam - 9:30 axşam UTC+4
Hörmətli Sahibkar!
Azərbaycan Sahibkarlar Konfederasiyası ölkə ərazisində fəaliyyət göstərən sahibkarlara dəstək məqsədi ilə fərqli sahələri əhatə etməklə müxtəlif mövzularda məlumatlandırıcı seminarların təşkilini davam edir.
Növbəti addım olaraq 05 may 2020-ci il tarixində saat 20:30-da “Brandup marketinq və dizayn” agentliyinin təsisçisi, marketinq üzrə ekspert Tamerlan İsmayılovun moderatorluğu ilə “Pandemiya dövrü və sonrasında marketinq addımları” mövzusunda canlı yayım təşkil olunacaq.
Canlı yayımda aşağıdakı məsələlərə toxunulacaq:
Mövcud marketinq fəaliyyətinin auditi
Toxunma nöqtələri üzərində iş
Hədəf kütləsinə çıxış kanalları üzərində iş
Effektiv, lakin ölkəmizdə geniş yayılmamış marketinq həlləri
Canlı yayımda iştirak etmək üçün Azərbaycan Sahibkarlar Konfederasiyasının facebook səhifəsini izləməyinizi xahiş edirik: facebook.com/sahibkarlar
#ask #sahibkarlar #biznesedestek #karantindebiznes #covidsahibkartesir