skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

“PR və kommunikasiyası strategiyasının hazırlanması” mövzusunda təlim

Noyabr 8, 2018 / 10:00 səhər - 12:30 axşam UTC+4

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “PR və kommunikasiyası strategiyasının hazırlanması” mövzusunda təlim keçirəcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “Made in #Azerbaijan” brendinin beynəlxalq bazarlarda təşviqi üçün “#PR və kommunikasiyası strategiyasının hazırlanması” mövzusunda təlim təşkil edəcək.

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə “PreMark” şirkətinin həyata keçirəcəyi təlim çərçivəsində ixrac yönümlü məhsullar üçün PR və Kommunikasiya strategiyasının hazırlanması, #milli və #yerli məhsulların brendləşməsi, effektiv kommunikasiya alətləri və mexanizmləri kimi mövzulardan danışılacaq.

Təlimçi PR və Kommunikasiya üzrə mütəxəssis Azər Nəzərovdur. A.Nəzərov hökümət qurumları və nüfuzlu yerli və beynəlxalq #biznes təşkilatları ilə uzun müddətli PR və Kommunikasiya məsləhətçiliyi xidməti üzrə təcrübəyə sahibdir. Hubert H. Humphrey təqaüdü ilə #ABŞ-ın Maryland Universitetinin Media və Kommunikasiya üzrə proqramının məzunu, #İstanbul Universitetinin PR və Kommunikasiya ixtisası üzrə doktorantı və #PreMark PR və Kommunikasiya Şirkətinin rəhbərdir.

Qeyd edək ki, təlimlə bağlı ətraflı məlumatı   saytından əldə etmək mümkündür. Tədbirdə iştirak etmək istəyənlər həm də göstərilən link vasitə ilə qeydiyyatdan keçə bilərlər.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin inzibati binasında (Ünvan: Bakı ş, Yasamal r, L.Landau küçəsi 16), 2018-ci il, noyabr ayının 8-da saat 10:00-da başlayacaq təlim ödənişsizdir.

Details

Tarix:
Noyabr 8, 2018
Time:
10:00 səhər - 12:30 axşam
Tədbir Category:
Back To Top