- This event has passed.
Qərbi Azərbaycan vilayətinin valisi Azərbaycanla əməkdaşlıqda maraqlıdır
Yanvar 25, 2017 / 8:00 səhər - 5:00 axşam UTC+4
İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabağın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında ASK-nın prezidenti Məmməd Musayevlə görüşü keçirilib.
İqtisadi, ticarət əlaqələrinin müzakirə olunduğu görüşdə gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı razılığa gəlinib.
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, Azərbaycan-İran əlaqələrinin inkişafında hər iki ölkənin dövlət başçılarının xüsusi rolu var, son vaxtlar ölkəmizə işgüzar əlaqələrin genişləndirilməsi üçün gələn İran nümayəndə heyətlərin səfərləri də bunun əyani sübutudur. M.Musayev Azərbaycan-İran ticarət əlaqələrinin inkişafından, bu sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətində ölkəmizdə böyük potensialın olduğundan söhbət açıb. M.Musayev qonaqları Belarusiyada yaradılan Azərbaycan ticarət evi ilə də sıx əməkdaşlıq etməyə dəvət edib.
İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabağ Azərbaycan iqtisadiyyatına ölkəsində marağın böyük olduğundan, iki ölkə arasında özəl sektorunun müxtəlif sahələrində geniş əməkdaşlıq imkanlarının mövcudluğundan söhbət açıb. Bildirib ki, Qərbi Azərbaycan vilayətində sahibkarlıq fəaiyyəti ilə məşğul olan iş adamları Azərbaycanlı sahibkarlarla birgə əməkdaşlıq edərsə, üçüncü ölkələrə asanlıqla məhsul ixrac etmək olar.Qonaq Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin başçılıq edəcəyi nümayəndə heyətini Qərbi Azərbaycan vilayətinə səfərə dəvət edib, bundan sonra Azərbaycan sahibkarlarının işgüzar əlaqələr qurmağa maraqlarının yaranacağını da istisna etməyib.
Görüş iranlı sahibkarların təqdimatları ilə davam edib, onları maraqlandıran suallar cavablandırlıb.